...

Hesab.az 2015-ci ilə uğurla yekun vurdu

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Dekabr 2015 14:25 (UTC +04:00)
Hesab.az-ın istifadəçilərinin sayı durmadan artır. Müasir, rahat və ən əsası təhlükəsiz onlayn ödəmə xidmətləri təqdim edən Hesab.az portalının qeydiyyatdan keçmiş istifadəçilərinin sayı 200.000 oldu.
Hesab.az 2015-ci ilə uğurla yekun vurdu

Bakı. Trend:

Hesab.az-ın istifadəçilərinin sayı durmadan artır. Müasir, rahat və ən əsası təhlükəsiz onlayn ödəmə xidmətləri təqdim edən Hesab.az portalının qeydiyyatdan keçmiş istifadəçilərinin sayı 200.000 oldu.

Azərbaycanın onlayn ödəmələr bazarının ən böyük şirkəti olan "GoldenPay"a məxsus Hesab.az 4 il öncə yalnız ödəmə portalı kimi fəaliyyətə başlasa da, xidmət növlərini genişləndirərək onlayn xidmətlər portalına çevrilib. Kommunal, mobil, internet, bank kreditlərinin ödənişi, habelə bank kreditlərinə müraciət, sığorta xidmətləri, elektron biletlərin alınması kimi fərqli xidmətlər təqdim edən portalın bu il ödəmələrinin həcmində ciddi artım müşahidə olunub.

Keçən illə müqayisədə kommunal ödəniş edən aktiv istifadəçilərin sayı 22%, kommunal ödənişlərin dövriyyəsi isə 26% artıb. Digər ödəmələrdə də müvafiq artım olub. Mobil ödəniş edənlər 19%, dövriyyəsi 10%, TV ödənişi edənlər 38%, dövriyyəsi 27%, internet ödənişi edənlər 33%, dövriyyəsi 18%, rabitə ödənişi edənlər 25% dövriyyəsi 20% artıb.
2015-ci ildə Hesab.az vasitəsilə kredit borcunun ödənilməsi mümkün olan banklar sırasına Expressbank, Rabitə Bank, Kapital Bank və Bank VTB (Azərbaycan) daxil olub. Buna əsasən də ən böyük faiz artımı bank kreditləri ödənişlərində qeydə alınıb. Cari illə müqayisədə bank ödənişi edən istifadəçilərin sayı 85%, dövriyyəsi isə 91% artıb.
Hesab.az ödənişlər müqavilində istifadəçilərin qazandığı bonusların dəyərləndirilməsi istiqamətində də yenilik edib. Yeni yaradılmış "Dərhal dəyiş" bölməsində istifadəçilər bonuslarını hədiyyələrə dərhal dəyişə bilirlər. Eyni zamanda artıq istifadəçilərin bonuslarını Azercell, Bakcell danışıq dəqiqlərinə dəyişmə imkanları da var.

GoldenPay Marketinq Departamentinin direktoru Qiyas Hüseyn bildirib ki, marketinq komandamız ilə birgə növbəti il üçün yeni istifadəçilərin cəlb edilməsi və mövcud müştərilərin loyallığının artırılması istiqamətində daimi kampaniyalar keçirəcəyik: "Ödənişlər müqabilində yerləşdirilən hədiyyələrin dəyərinin artırılması üçün də işlərə başlamışıq. Növbəti ildən, partnyor şirkətlərin məhsullarını və ya xidmətlərini istifadəçilərimizə təqdim edəcəyik".

Mobil vasitəsilə ödəniş etmək istəyən istifadəçilərin rahatlığı üçün 2015-ci ildə portalın iOS, Android və Windows platformalarında tətbiqləri də istifadəyə verilmişdir.

Q. Hüseynin sözlərinə görə yanvar ayının ortalarında Hesab.az-ın yeni logosu və yeni interfeysi istifadəçilərə təqdim olunacaq: "Mart ayında isə tamamilə yenilənmiş mobil tətbiqetmələrimizin istifadəyə verilməsini planlaşdırırıq".

GoldenPay təqdim etdiyi xidmətlərin çoxluğu ilə yanaşı, həm də beynəlxalq elektron təhlükəsizlik standartlarına cavab verən müasir texniki sistemə malikdir. Bu səbəbdən də istifadəçilərinin etibarını qazanmışdır. İstifadəçilər üçün yaranmış yeni funksiyalardan bir də kart məlumatlarının yaddaşda saxlanılmasıdır. Beləki Hesab.az istifadəçisi "Şəxsi kabinet"ində ödəniş etdiyi plastik kartın məlumatlarını qeyd edərək yaddaşda saxlayır və bundan sonra ödəniş edərkən kart məlumatlarını qeyd etməklə vaxt itirmir. Hətta plastik kartı üzərində olmadıqda belə, rahat ödənişini edə bilir.

Hesab.az istifadəçilərinə ödənişlərini internet olmadan da həyata keçirmək imkanı verir. GoldenPay şirkətinin və Hesab.az onlayn-ödəniş portalının təsisçisi və rəhbəri Fərid İsmayılzadə bildirib ki, ölkədə ilk dəfə olaraq internetsiz onlayn ödəmələrə başlanılıb: "Artıq bu üsulun tətbiqi ilə bağlı mobil operatorlarla, Nar Mobile, Azercell və Bakcell, eyni zamanda internet provayderlərdən KTV1 və AlfaNet-lə razılıq əldə edilib. Digər internet provayderlərlə də danışıqlar aparılır. Qısa zamanda əməkdaşlıq etdiyimiz bütün digər internet provayderin də bu xidmətə qoşulmasını hədəfləyirik".

Qeyd edək ki, Hesab.az 2016-ci ildə istifadəçilərinin rahatlığı üçün yeni xidmətlər və funksiyaların tədbiqinə hazırlaşır. F. İsmayılzadə şirkətin qarşısına qoyduğu yeni hədəfləri açıqlayıb: "Biz vətəndaşımızın minimum nağd ödəniş etməsinə çalışırıq. Bunun üçün də şirkət olaraq dayanmadan yeni ideyalar üzərində işləyir və yeni xidmətlər təqdim edirik. Yaxın gələcəkdə istifadəçilərimiz Hesab.az vasitəslə onlayn aviabiletlərin alınması, pul köçürmələri və xarici köçürmələr edə biləcəklər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti