Bakı. Ənvər Məmmədov - Trend:
Azərbaycanda xaricə pul köçürmələri üçün 20 faiz həcmində icbari yığımın tətbiq edilməsi ölkənin "stabil" proqnozla "BBB-" səviyyəsində olan xarici və milli valyutada emitentin defoltunun uzun müddətli reytinqinə təsir etməyəcək.
Bu barədə Trend "Fitch Ratings" beynəlxalq reytinq agentliyinə istinadən məlumat verir.
Məlumatda deyilir ki, borcun aşağı səviyyəsi və əhəmiyyətli sayda xarici aktivlər yenə də reytinqi dəstəkləyəcək.