...

"Təmiz Şəhər" tullantıların idarə olunması ilə bağlı müasir texnologiyaları araşdırır (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 İyun 2016 10:01 (UTC +04:00)
“Təmiz Şəhər” ASC tullantıların idarə olunması üzrə dünyadakı ən böyük sərgi-konfransı ziyarət edərək müasir texnologiyaları araşdırır.
"Təmiz Şəhər" tullantıların idarə olunması ilə bağlı  müasir texnologiyaları araşdırır (FOTO)

Bakı. Trend:

"Təmiz Şəhər" ASC tullantıların idarə olunması üzrə dünyadakı ən böyük sərgi-konfransı ziyarət edərək müasir texnologiyaları araşdırır.

ASC-dən Trend-ə verilən məlumata görə, Almaniyanın Münhen şəhərində ekoloji texnologiyalar üzrə ən böyük sərgi və konfransın keçirildiyi "IFAT 2016" öz işinə başlayıb. Sərgi-konfrans bərk məişət tullantılarının idarə edilməsinə həsr olunub.

Tədbirdə hər il 50-dən çox ölkədən yüzlərlə şirkət özünün ətraf mühitin qorunmasına dəstək olan texnologiyalarını nümayiş etdirir, müxtəlif ölkələr bir-biri ilə təcrübə mübadiləsi aparır, yeni texnologiyaları öyrənir.

Azərbaycandan "Təmiz Şəhər" ASC-nin nümayəndələri də bu sərgidə iştirak edərək tullantıların idarə olunması sahəsində ən son texnologiyalarla yaxından tanış olub, ölkəmizdə tətbiqi imkanlarını araşdırıb. Konfransda iştirak edən Səhmdar Cəmiyyətin nümayəndələri Azərbaycanda tullantıların idarə edilməsi sahəsində aparılan işlər və tətbiq olunan modern texnologiyalar barədə məlumat verib.

Eyni zamanda qurumun əməkdaşları tullantıların idarə olunması sahəsindəki ən böyük sərgi-konfransda iştirak edən digər şirkətlərlə tanış olaraq əməkdaşlıq əlaqələri qurub, müxtəlif ölkələrin bu sahədə qazandığı təcrübə öyrənilib.

"Təmiz Şəhər" ASC Azərbaycanda tullantıların idarə olunmasında daim müasir texnologiyalardan istifadə edərək tullantıların zərərsizləşdirilməsini həyata keçirir.

"IFAT 2016" sərgisində 170 ölkədən 150 min nəfərə yaxın ziyarətçi iştirak edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti