...

"Unibank"ın istiqrazlarının tədavül müddəti uzadıldı

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 İyun 2016 15:38 (UTC +04:00)

Bakı. Trend:

"Unibank" KB ASC-nin İdarə Heyətinin 20 may 2016-cı il tarixli qərarına əsasən, 11 mart 2011-ci il tarixdə AZ2007002028 qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınmış istiqrazların tədavül müddəti 15 noyabr 2016-cı il tarixinədək uzadılıb.

Bakı Fond Birjasından Trend-ə verilən məlumata görə, bununla əlaqədar olaraq, sözügedən istiqrazların emissiya prospektinin "B" bölməsinin 1.4-cü, 1.10-cu, 1.12-ci və 1.13-cü bəndlərinə və emissiya prospektinin A cədvəlinə dəyişikliklər edilib.

Həmin dəyişikliklər Azərbaycan Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən dövlət qeydiyyatına alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti