...

Bakıda Azərbaycan, Rusiya və Gürcüstan energetiklərinin üçtərəfli görüşü keçirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Avqust 2016 13:49 (UTC +04:00)
Bakıda Rusiya-Gürcüstan-Azərbaycan-Rusiya elektroenergetika dairəsinin qapanması məsələlərinə həsr olunmuş iclas keçirilib.
Bakıda Azərbaycan, Rusiya və Gürcüstan energetiklərinin
üçtərəfli görüşü keçirilib

Bakı. Trend:

Bakıda Rusiya-Gürcüstan-Azərbaycan-Rusiya elektroenergetika dairəsinin qapanması məsələlərinə həsr olunmuş iclas keçirilib.

"Azərenerji" ASC-nin təşəbbüsü ilə təşkil edilən iclasda Rusiyanın "İnter RAO" PSC-nin, "Vahid Enerji Sisteminin Sistem Operatoru" ASC-nin, "Vahid Enerji Sisteminin Federal Şəbəkə Şirkəti" PSC-nin, "Rusiya şəbəkələri" PSC-nin, "Gürcüstan Dövlət Elektrosistemi" SC-nin və Gürcüstanın "Elektrik enerjisi sisteminin kommersiya operatoru" SC-nin nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, Rusiya-Gürcüstan-Azərbaycan-Rusiya elektroenergetika dairəsinin qapanması üç ölkənin elektroenergetika sistemlərinin tranzit imkanlarını və onların vahid sinxron zonada işinin dayanıqlılığını artırmaq məqsədi daşıyır.

Rusiya-Gürcüstan-Azərbaycan-Rusiya elektroenergetika dairəsinin qapanma şəraitinin təhlili və bu qapanmanın BES/VES enerji birliyinə daxil olan enerji sistemlərinin işinə təsiri 2007-2008-ci illərdə KOTK-nın işçi qrupu çərçivəsində müzakirə olunmuşdur. Bu məsələ ilə bağlı qərar MDB EEŞ-in 23 may 2008-ci il tarixində keçirilmiş 33-cü iclasında təsdiq edilib.

İclas iştirakçıları aparılmış müzakirələrin yekunlarına dair protokol imzalayıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti