...

İranın aviaşirkəti ölkəmizi təbliğ edir (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Avqust 2016 15:47 (UTC +04:00)
İranın Tehran-Bakı-Tehran istiqamətində çarter reyslər təşkil edən “ATA AİRLİNES” hava yolları reyslərinin sayını artırmaqla yanaşı, digər şəhərlərdən də uçuşlar həyata keçirir.
İranın aviaşirkəti ölkəmizi təbliğ edir (FOTO)

Bakı. Trend:

İranın Tehran-Bakı-Tehran istiqamətində çarter reyslər təşkil edən “ATA AİRLİNES” hava yolları reyslərinin sayını artırmaqla yanaşı, digər şəhərlərdən də uçuşlar həyata keçirir.

Trend-in məlumatına görə, 2016-cı il avqustun 1-dən Tehran-Bakı-Tehran (hər gün), Təbriz-Bakı-Təbriz (həftədə iki gün), Məşhəd-Bakı-Məşhəd (həftədə iki gün), İsfahan-Bakı-İsfahan (həftədə iki gün), Şiraz-Bakı-Şiraz (həftədə bir gün) reysləri yerinə yetirilir.

Son günlərdə “ATA AİRLİNES” tərəfindən İsfahan, Şiraz və Məşəd şəhərlərindəki reklam lövhələrində respublikamızı və Bakı şəhərini təbliğ edən bilbordlar asılıb. Sözügedən reklam lövhələrində əsas şüar aşağıdakı kimidir: “Bakı – bütün növ zövqlər üçün bənzərsiz və təhlükəsiz məqsəd”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti