...

“Baltika-Bakı” 2016-cı ilin ilk yarımilliyi üzrə fəaliyyət nəticələrini elan edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Avqust 2016 09:31 (UTC +04:00)
Pivə sənayesinin dünya liderlərindən olan Carlsberg Group-un bir hissəsi və Azərbaycan pivə sənayesinin lokomotivi olan “Baltika-Bakı” şirkəti 2016-cı ilin ilk yarımilliyi üzrə nəticələri elan edir.
“Baltika-Bakı” 2016-cı ilin ilk yarımilliyi üzrə fəaliyyət nəticələrini elan edir

Bakı. Trend:

Pivə sənayesinin dünya liderlərindən olan Carlsberg Group-un bir hissəsi və Azərbaycan pivə sənayesinin lokomotivi olan “Baltika-Bakı” şirkəti 2016-cı ilin ilk yarımilliyi üzrə nəticələri elan edir. 

Şirkətin qiymətləndirməsinə əsasən, ilk yarım il ərzində ötən ilin analoji dövrü ilə müqayisədə pivə bazarında təqribən 30% eniş müşahidə olunmuşdur. Bunun səbəbi ölkədə yaranmış ağır makroiqtisadi vəziyyət və qanunvericilik  tənzimləməsinin təsiridir, hansı ki,  təbii olaraq, şirkətin gəlirliliyinə də olduqca mənfi təsir göstərmişdir. Milli valyutanin devalvasiyası (2015-cı il nisbətində təqribən 90%) və əhalinin bununla müşayiət edilən alıcılıq qabiliyyətinin düşməsi, satışların düşməsinə əsas səbəb olmuşdur. Digər tərəfdən, 2016-cı ilin yanvar ayının ilk günlərində bütün sektorun staqnasiyasına səbəb olan aksiz markası ilə markalanan malların nağd hesablaşma əsasında satışını qadağan edən qanunun qısa müddət üçün qüvvədə olması,  bazarın texnoloji cəhətdən hazır olmadığını göstərdi və məhsul satışlarının kəskin şəkildə dayanmasına səbəb olmuşdur, nəticə etibarı ilə tədarük zənciri yalnız fevralın sonuna bərpa edilmişdir. 75% bazar payı ilə şirkətin 2016-cı ilin birinci yarımilliyində müşahidə olunan satış həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 25% azalmışdır.

Yaranmış çətin vəziyyətə baxmayaraq, ilk yarımillikdə Şirkət bir sıra layihələri həyata keçirə bilmişdir. Pivə istehsalında Carlsberg Group-un müəyyən etdiyi yüksək standartlara sadiq qalaraq daha detallı mikrobioloji analizlərin aparılması məqsədi ilə Şirkət ilin ilk rübündə müasir laboratoriya avadanlığı almış və enerji effektivliyinin artırılması üzrə bir sıra innovasiyalar tətbiq etmişdir.  Həmçinin, işçilərin yüksək səviyyəli əmək şəraitinin və onların inkişafının təmin edilməsi sahəsində AR Qanunvericiliyinə və Carlsberg Group-un prinsiplərinə əməl edərək, Şirkət işçilərin peşəkarlıq səviyyəsinin artırılması və bacarıqlarının inkişaf etdirilməsi məqsədilə olduqca böyük səy göstərir.

Həmçinin, birinci yarımillikdə Şirkətin flaqman brendi olan Xırdalan pivəsinin iki növ məhdud sayda seriyası istehsal edilmişdir: mart ayında Novruz bayramına həsr olunmuş, may ayında isə Carlsberg Group-un sponsoru olduğu futbol üzrə Avropa çempionatına həsr olunmuş. Bundan əlavə şirkətin iyun ayına olan nəticələrinə dünyaca tanınmış Formula 1 yarışının Bakıda keçirilməsi oldu, hansı ki, Azərbaycanın pivə sənayesini çoxsaylı turistlərə nümayiş etdirmək və iyunda satış səviyyəsini dəstəkləməyə imkan vermişdir.

Lakin biznesin və pivə istehsalı sahəsinin ümumilikdə inkişafı məqsədilə Şirkətin atdığı addımlara  baxmayaraq, aksiz markası ilə markalanmalı olan malların nağdsız satışı və mütləq şəkildə öncədən ödənişi haqqında qanunun qüvvəyə minməsi pivə istehsalı sahəsi üçün əlavə maneələr törədəcək. Tamamilə şəffaf şirkət və məsuliyyətli vergi ödəyicisi kimi “Baltika-Bakı” ölkədə şəffaf mal dövriyyəsinin təmin edilməsi üzrə dövlətin səylərini dəstəkləyir, lakin tədarük zəncirinin yeni biznes modelinə keçməyə texniki cəhətdən hazır olmaması və kiçik və orta bizneslər üçün realizasiyası çətin olacaq əvvəlcədən ödəniş əsasında hesablaşma forması, pivə sənayesini ağır duruma aparacaq. Şübhəsiz ki, bu satışların daha da azalmasına və, müvafiq olaraq, müəssisənin gəlirliyinin aşağı düşməsinə gətirib çıxaracaq.

Digər tərəfdən, 16 may 2016-cı ildə Tarif Şurası tərəfindən qəbul edilmiş yeni su Tarifikasiya sistemi ilə əlaqədar istehsal xərclərinin artması, biznesə təsir etmişdir. Belə ki, su növlərinin xammal və texniki təyinatı üzrə ayrılmasının ləğvi və standart 8 AZN qiymətin təyin edilməsi Şirkətin xərclərini tək 2016-cı ildə 420 min AZN artırır.

Yuxarıda sadalan hallar, müqəddəs Ramazan ayı ərzində satışların kəskin şəkildə aşağı düşməsi və illik satışların 70 % əhatə edən yayın ilk aylarında satış üçün qeyri-qənaətbəxş hava şəraiti ilə əlaqədar hal-hazırda şirkətin rentabelliyi təhlükə altındadır. Hazırki böhran situasiyanın deeskalasiyası məqsədilə şirkət “qaynar mövsüm” başa çatdıqdan sonra iki aylıq məcburi boşdayanmaya çıxmaq qərarı almışdır. Bu dövr ərzində pivə istehsalı və pivənin süzülməsi dayandırılacaq, şirkətin fəaliyyəti hazır məhsulun realizasiyasına və satışların dəstəklənməsi üçün minimal maliyyə və inzibati əməliyyatlara köklənəcək. Sözügedən dövrdə əməkdaşların təqribən 80% boşdayanmaya göndəriləcək və sosial paketin qüvvədə qalması şərti ilə, əmək haqlarının 2/3 hissəsini ödəniləcək. Boşdayanma dövründə şirkət böhrandan çıxmaq məqsədi ilə biznes modelinin optimizasiyası mexanizmlərinin işlənib hazırlanması üçün bütün səylərini ortaya qoyacaq və nəticə etibarı ilə bununla biznesin Azərbaycandakı aqibəti öz həllini tapacaq.

 “Baltika-Bakı” şirkətinin Baş direktoru və Carlsberg Qazaxıstan şirkətinin Prezidenti Viktor Semak: “Şirkətin rentabellik həddində dayanmasına baxmayaraq, biz işçilərin kütləvi ixtisarı kimi kritik addımlar atmamaq və biznesimizin rentabelliyini qaytarmaq üçün maksimal səviyyədə çalışırıq. Lakin biznesimizin qarşılaşdığı hazırki durumda bunu həyata keçirmək olduqca çətindir. Hesab edirəm ki, yalnız şirkətimiz üçün deyil, bütünlüklə pivə sektoru üçün yeganə çıxış yolu müvafiq qanunvericiliyin yenidən baxılması sahəsində Dövlət dəstəyidir. Satış zəncirinin yeni nağdsız hesablaşma və öncədən ödəniş sisteminə keçməyə hazırlıq səviyyəsini yoxlamaq məqsədi ilə şirkətimizin keçirdiyi monitorinqin nəticələrinə əsasən ölkə üzrə distribyutorlarımızın  ¾ hissəsi və  satış nöqtələrinin 68% yeni biznes modelinə keçməyə hazır deyil. Şübhəsiz, nağdsız ödənişə keçid biznesin şəffaflığını təmin etmək baxımından Dövlət üçün olduqca vacib addımdır və biz qanuna tabe  şirkət olaraq bu təşəbbüsü dəstəkləyirik. Lakin, monitorinq nəticələrinə əsasən, əvvəlcədən ödəniş tələbinin tətbiqi nəinki tədarük zəncirinin üzvləri arasında münasibət məntiqinə zidd olan, hətta sektor üçün acınacaqlı fəsadlar törədəcək ağır şərtdir”.  

Carlsberg Group-un Şərqi Avropa regionunda ümumi nəticələrinə gəldikdə isə, təmiz gəlir regionda ötən ilin analoji dövrü ilə müqayisədə orqanik olaraq 8% artmış, hansı ki, bu göstəriciyə ümumi həcmin qüvvədə qalması şərti ilə uğurlu prays-miks səbəb olmuşdur. Hesabat dövrü ərzində birbaşa qazanc valyuta faktorunun təsiri ilə bağlı olaraq 15% azalmışdır, belə ki, regionun bütün valyutaları devalvasiyaya uğramışdırlar. Əməliyyat gəliri orqanik olaraq 19% artmışdır, əməliyyat marjası isə 15,9%-ə qədər 100 baza punktu üzrə yaxşılaşmışdır. Yaxşılaşmaya Funding the Journey strategiyası səbəb olmuşdur, hansı ki, prays-miks və xərclərin ciddi nəzarətinin müsbət münasibətini təmin edir.

***

“Baltika-Bakı” pivə istehsalı zavodu, Carlsberg Group-un bir hissəsi olaraq Xırdalan şəhərində, Azərbaycanın paytaxtından 10 km məsafədə yerləşir. 75% bazar payı ilə pivə sənayesinin lideri olan şirkət Azərbaycan Respublikasının qeyri-xammal sektorunun ən böyük müəssisələrindən biri  və yüzlərlə Azərbaycan vətəndaşının iş yeridir.

Zavodun istehsal gücü ildə 10 milyon dekalitr təşkil edir. Şirkətdə təqribən 250 əməkdaş çalışır və təxminən 400 nəfər  (distributor, agentliklər və podradçılar) iş prosesinə cəlb olunub. Zavodun inkişafına yatırılan ümumi məbləğ 47 milyon AZN-dən çoxdur, illik vergi ödəmələri isə təqribən 20 milyon AZN təşkil edir. “Baltika-Bakı” şirkətinin məhsulu Azərbaycan bazarının 75%-nı təşkil edir (2015-ci il). Şirkət Xırdalan, Tuborg, Baltika 7, Baltika 0, Baltika 9, Xırdalan Draft, Kuler, Əfsanə, Jiqulyovskoye Firmennoye kimi populyar pivə brendləri istehsal edir.

Carlsberg Group 1847-ci ildə təsis olunmuşdur və hazırda dünyada ən böyük pivə istehsalçılarından biridir. Şirkətin baş qərargahı Danimarkanın paytaxtı Kopenhagen şəhərində yerləşir. Carlsberg Group dünyanın üç böyük regionu olan Qərbi Avropa, Şərqi Avropa və Asiyada onlarla ölkələrdə fəaliyyət göstərən zavodları  ilə 150-dən artıq ölkədə təmsil olunur. Şirkətin portfelinə 140-dən artıq pivə markası daxildir. Qrupun ümumi əməkdaşlarının sayı 45000-dən artıqdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti