Bakı. Hüseyn Vəliyev - Trend:
Mebel İstehsalçıları Assosiasiyasının yaradılması Azərbaycanda bu sahənin inkişafına müsbət təsir edəcək və idxaldan asılılığı azaldacaq.
Trend-in məlumatına görə, bunu iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov Bakıda "Qeyri-neft sahəsinin inkişafı: mebel sənayesi" adlı konfransda deyib.
Nazir müavini bildirib ki, dövlət və özəl biznesin əməkdaşlığı ölkə sənayesinin bu sektorunun inkişafına müsbət təsir edəcək.
O əlavə edib ki, assosiasiya bu sahədə texnologiyaların tətbiqi, bazarın araşdırılması, maliyyələşdirmə və s. məsələlərə kompleks yanaşma işləyib hazırlaya bilər.
Tədbirdə qeyd olunub ki, ölkənin mebel bazarının illik həcmi 300-500 milyon manat təşkil edir.