Azərbaycan Türkiyə və Ukrayna şirkətləri ilə əczaçılıq zavodlarının yaradılmasını müzakirə edir

Azərbaycan Türkiyə və Ukrayna şirkətləri ilə əczaçılıq zavodlarının yaradılmasını müzakirə edir

Bakı. Trend:

Azərbaycan əczaçılıq məhsullarının birgə istehsalı üzrə Türkiyə və Ukraynanın bir neçə şirkəti ilə də danışıqlar aparır.

Trend-in məlumatına görə, bunu AZƏRTAC-a müsahibəsində Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev deyib.

Nazir qeyd edib ki, artıq həmin şirkətlər tərəfindən müvafiq biznes plan və əsaslandırma sənədləri hazırlanır: "Eyni zamanda, Azərbaycanda əczaçılıq sənayesinin təşkilinə aparıcı Avropa şirkətlərinin cəlb edilməsi istiqamətində işlər görülür. Belə ki, İqtisadiyyat Nazirliyinin nümayəndə heyəti Almaniya və İsveçrəyə səfər edərək potensial tərəfdaş şirkətlərlə müzakirələr aparıb. Qeyd edilən görüşlərdə Almaniya və İsveçrə şirkətləri Azərbaycanda əczaçılıq məhsullarının istehsalı sahəsində əməkdaşlığa dair maraqlarını ifadə ediblər. Məsələn, dünyanın bir sıra aparıcı əczaçılıq şirkəti ölkəmizdə yaradılacaq əczaçılıq istehsalı müəssisəsində patent hüququ qorunan dərmanlarının qablaşdırılmasının təşkilinə maraqlarını bildiriblər".

Ş.Mustafayev bildirib ki, əczaçılıq zavodları ilə yanaşı, tibbi təyinatlı digər məhsulların da ölkəmizdə istehsalına investorlar tərəfindən maraq var: "Məsələn, hazırda birdəfəlik şprislərin istehsalı layihəsinin icrası ilə bağlı işlər aparılır".

Nazir xatırladıb ki, ötən ilin noyabr ayında Pirallahı Sənaye Parkında Rusiya ilə birgə müəssisənin - Almaniya və İtaliyanın aparıcı şirkətlərinin mühəndislik işlərindən istifadə olunmasını nəzərdə tutan əczaçılıq zavodunun təməli qoyulub:

"İnvestisiya dəyəri 74 milyon ABŞ dolları olan zavodda onkologiya, QİÇS, sinir sistemi, kardio-vaskulyar, diabet, sümük-əzələ və tənəffüs sistemi təyinatlı dərmanlar, antibiotiklər, virus və diareya əleyhinə preparatlar, həmçinin rentgen-kontrast və maqnit rezonans müayinələr üçün əlavələr istehsal ediləcək. Ümumilikdə, zavodda birinci mərhələdə 58 təsiredici maddə üzrə 89 çeşiddə dərman vasitələri istehsal olunacaq. Zavodun illik istehsal gücü 22,5 milyon qutu və ya 500 milyon ədəd həb və kapsul təşkil edəcəkdir. Gələcəkdə istehsal daha da genişləndiriləcək".

O əlavə edib ki, bununla yanaşı, yanvar ayında İran ilə də birgə müəssisə formasında əczaçılıq zavodunun təməlinin qoyulması nəzərdə tutulur: "İstehsal müəssisəsinin yaradılmasının mərhələli şəkildə icrası planlaşdırılır. Birinci mərhələdə həb və kapsul, ikinci mərhələdə ampul və flakon, üçüncü mərhələdə isə daha geniş çeşiddə antibiotik dərmanların istehsalı planlaşdırılır. Layihənin birinci mərhələsinin dəyəri 20,5 milyon ABŞ dolları təşkil edəcək və bu zaman 54 təsiredici maddə üzrə 84 çeşiddə ağrıkəsici, vitamin, iltihab əleyhinə vasitə və antibiotik, kardiovaskulyar, antihistamin və antiallergik, qan təzyiqi problemləri, göbələk, sinir sistemi və qastroenteroloji xəstəliklərə qarşı dərman vasitələri istehsal ediləcək".

ANAMA Şuşada minaya düşənlərlə bağlı açıqlama yayıb
ANAMA Şuşada minaya düşənlərlə bağlı açıqlama yayıb
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında Ümummilli lider Heydər Əliyevin anım gününə həsr edilən konfrans keçirilib
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında Ümummilli lider Heydər Əliyevin anım gününə həsr edilən konfrans keçirilib
Ümummilli lider Heydər Əliyevin anım gününə həsr edilmiş Beynəlxalq Elmi Konqres işə başlayıb (FOTO)
Ümummilli lider Heydər Əliyevin anım gününə həsr edilmiş Beynəlxalq Elmi Konqres işə başlayıb (FOTO)
Loading Bars
Xəbər lenti
ANAMA Şuşada minaya düşənlərlə bağlı açıqlama yayıb
Banklara yeni standartla bağlı vaxt verilib
Şəkidə vətəndaşlardan qanunsuz odlu silahlar götürülüb (FOTO)
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında Ümummilli lider Heydər Əliyevin anım gününə həsr edilən konfrans keçirilib
AQTİ ilə Polşanın Milli Baytarlıq Araşdırma İnstitutu arasında memorandum imzalanıb
"Amazon" bir milyard avrodan çox cərimə olunub
Ümummilli lider Heydər Əliyevin anım gününə həsr edilmiş Beynəlxalq Elmi Konqres işə başlayıb (FOTO)
Masallıda oğurluq edən şəxslər tutulub (FOTO)
Sabahın hava proqnozu açıqlanıb
Ağalı kəndinə sakinlərin ilk köçürülməsindən sonra məktəbin fəaliyyəti bərpa olunacaq - Nazir
Prokuror Rasim Quliyevə 6 il cəza istədi
Şuşada məktəbin tikintisinə başlanılacaq
Daşaltıda iki nəfər minaya düşərək ölüb (ƏLAVƏ OLUNUB)
Zaqatalada şadlıq sarayının sahibi cərimələnib (VİDEO)
Sərhədçilərə xəsarət yetirmək istəyən qaçaqmalçı tərkisilah edilib, külli miqdarda narkotik götürülüb (FOTO)
Avropa Yenidənqurma və İnkişaf Bankı Azərbaycan şirkətinə 8 milyon avro kredit verib
100-dən saxta vaksin sertifikatı verən şəxslərin məhkəməsi başlayır
UNEC tələbələrinin rəsm əsərləri İqtisad Forumda maraqla qarşılanıb (FOTO)
Ölkədə epidemik proses nəzarət altına alınıb - Təyyar Eyvazov
Azərbaycan Haaqada erməni yalanları üzərində qələbə qazandı - TƏHLİL
Bakıda 22 yaşlı gənc özünü dənizə atıb
Region universitetlərinin tələbə və müəllimləri üçün Tədqiqat metodları və Akademik yazı üzrə təlim (FOTO)
Azərbaycanın tədiyə balansı 2,4 milyard dolları ötüb
“Media haqqında” qanunda media Ombudsmanı ilə bağlı məsələ yer almayıb - Əhməd İsmayılov
Biznes subyektləri ilə media orqanları arasında müzakirələr keçiriləcək
Onlayn mediaya güzəştlərlə bağlı iş gedir - Agentlik rəhbəri
Bəzi media orqanlarının feyk xəbərləri peşəkar KİV-in fəaliyyətinə mənfi təsir edir - Əhməd İsmayılov
“Günəşli” yatağında daha bir quyunun qazma işləri başa çatıb
DİN oyuncaq silah gəzdirənlərə xəbərdarlıq edib
Mina xəritələrinin dəqiqliyinə tam əmin olmaq təhlükəlidir - Emin Hüseynov
Media subyektlərinə güzəştli kreditlər verilə bilər - Agentlik rəhbəri
Media qurumlarına 5 il müddətində vergi güzəştlərinin tətbiq nəzərdə tutulur
Ağdamda İmarət stadionunun yeri dəyişdirilir, böyük kompleksin tikintisi nəzərdə tutulur
"Altılıq" formatının Moskva görüşündə Azərbaycanı Xələf Xələfov təmsil edəcək
“Media haqqında” qanun layihəsi yaxın zamanlarda Milli Məclisdə müzakirəyə çıxarılacaq
STEAM Azərbaycan Festivalına start verilib
15 bölgədə STEAM layihəsi həyata keçiriləcək - Təhsil naziri
Azərbaycan nefti bahalaşıb
Deputat Anar İsgəndərovun tələbələrlə görüşü olub (FOTO)
Bitkoin maliyyə resursu kimi dayanıqlılıq nümayiş etdirir - "FARI Solutions"
Sabah Moskvada "altılıq" formatının ilk iclası keçiriləcək
Kərpic sexində fəhlə ölüb
Xəzərdə tapılan insan skeletinin kimə məxsus olduğu müəyyənləşib
Mərkəzi Gömrük Hospitalının tibb bacıları “Kritik vəziyyətlərdə ilk tibbi yardım” təlimində iştirak ediblər (FOTO)
Sınaq imtahanlarına qeydiyyat bu gün başa çatır
Ermənistanın Beynəlxalq Ədalət Məhkəməsinə bəslədiyi ümidlər boşa çıxdı - TƏHLİL
Tovuzda iki qardaş bıçaqlanıb, biri ölüb
Toyda karantin qaydalarını pozan 4 nəfər cərimələndi
Bank Respublika “Nağd kredit al, kreditin 5%-ni geri al!” kampaniyasına start verib (FOTO)
Azərbaycan Ordusunun hərbi qulluqçusu şəhid olub
Hacıqabul sakinindən sənədsiz ov tüfəngi götürülüb
Xarici valyutaların manata qarşı məzənnələri
Bakıda möhtəşəm "Avant Park" yaşayış kompleksinin inşasına start verildi (FOTO/VİDEO)
Zaqatalada avtomobil təmiri sexi yanıb
Ötən gün 18 koronavirus xəstəsi küçədə yaxalanıb
Bakıda yaşlı kişi metroda öldü
2020-ci il dekabrın 10-da keçirilmiş parad qalib ordunun Zəfər yürüşü idi - Kamaləddin Qafarov
Suraxanı rayonunda “Böyük Zəfər” məhəllələrarası mini futbol yarışlarının rayon turu başa çatıb (FOTO)
Azərbaycanla İran Astaraçay üzərində yeni körpünün inşası üzrə işlərə başlayıb - Səfir (ÖZƏL)
ABŞ-da AstraZeneca-nın COVID-19-a qarşı dərmanın istifadəsinə icazə verilib
ABŞ-da 5G-nin təhlükəsi barədə xəbərdarlıq edilib
Niderland Rotşildlərdən Rembrandtın rəsmini almaq üçün 150 milyon avro ayırıb
“Tottenhem” - “Renn” oyunu COVID-19-a yoluxma hallarına görə təxirə salınıb
ABŞ-da 2050-ci ilə qədər tullantıların sıfıra endirilməyi nəzərdə tutulur
Rusiya Türkiyəyə S-400-lərin əlavə partiyasını göndərmək niyyətindədir
Türkiyə və İran prezidentləri ikitərəfli münasibətləri müzakirə ediblər
"Barselona" Çempionlar Liqasının pley-off mərhələsinə çıxa bilməyib
Böyük Britaniya COVID-keçid sistemini tətbiq edəcək
UEFA Çempionlar Liqası: "Atalanta"-"Vilyarreal" oyunu təxirə salınıb
Gürcüstan Azərbaycana ən çox ixrac olunan malları açıqlayıb
Polad Bülbüloğlu və Fransanın Rusiyadakı səfiri Soçi görüşünün nəticələrini müzakirə ediblər
SOCAR Gürcüstanda gələn il 3000-dən çox günəş paneli quraşdırmağı planlaşdırır
Avropada qazın qiyməti min kubmetr üçün 1200 dolları ötüb
ABŞ investorların işğaldan azad edilən ərazilərin bərpasında iştirakı barədə müzakirə aparılıb
Azərbaycan və İran arasında ticarət dövriyyəsinin artırılması istiqamətində addımlar atılacaq - Səfir
Misirdə Azərbaycan Mədəniyyət Nazirliyi tərəfindən sərgi təşkil olunub (FOTO)
Türkiyə qoyun və keçilərin sayına görə Avropada birinci yerə yüksəlib
bp yeni təşkilati struktur sayəsində Azərbaycanda məhsuldarlığı artırıb
Avropa birjalarında təbii qaz qiymətləri min kubmetr üçün 1 200 dollar həddini keçib
Dekabrın 9-na USD/AZN rəsmi məzənnəsi
Büdcə qaydasının yeni təkmilləşdirilmiş variantı təklif olunur - Nazir
Vergi Məcəlləsinə və “Gömrük tarifi haqqında” Qanuna edilən dəyişikliklər plenar iclasa tövsiyə olunub
Azərbaycanın Büdcə Məcəlləsi hazırlanır
Peşəkar Mühasib Sertifikatı üçün keçirilən imtahanın nəticələri elan olunub
Nizami Gəncəvinin 880 illiyinə həsr edilən tədbir keçirilib (FOTO/VİDEO)
Şamaxıda koronavirus xəstəsi ictimai yerdə aşkarlanıb (VİDEO)
Polisin evindən "Qəhrəman ana" medalını oğurlayanlar məhkəmə qarşısına çıxarıldı
Bakıda yeni vəkil bürosu açılıb (FOTO)
Mikayıl Cabbarov Azəbaycan Güləş Federasiyasının prezidenti seçilib
Tədavülə yeni 20 qəpik buraxılıb
Dünya şöhrətli polşalı alimə ADNSU-nun Fəxri doktoru adı verilib (FOTO)
Real-Trend həftəlik iqtisadi layihəsinin növbəti buraxılışı yayımlanıb (VİDEO)
“Azərbaycan Hava Yolları” BƏƏ turizm agentləri üçün təqdimat keçirib (FOTO)
20 manatlıq pul əsginası yenilənib (FOTO)
Hindistanın baş qərargah rəisi həyat yoldaşı ilə birgə helikopter qəzasında həlak olub
Vətəndaşlardan 10 ədəd ov tüfəngi götürülüb
MDU-da beynəlxalq elmi konfrans keçiriləcək
Baş Prokurorluğun əməkdaşı Bolqarıstanda səfərdə olub
İcbari tibbi sığorta üzrə xidmətlər zərfində bir sıra əməliyyatlar üçün limit nəzərdə tutulub
İcbari tibbi sığorta üzrə xidmətlər zərfinə 2 550 sayda tibbi xidmət daxildir - Agentlik
Bütün xəbərlər