...

Gürcüstanın baş nazir: Bakı-Tbilisi-Qars dəmir yolu mövcud iqtisadi reallıqları dəyişəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Oktyabr 2017 16:03 (UTC +04:00)
Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı birgə strateji layihələrin uğurla reallaşdırılmasının bariz nümunəsidir
Gürcüstanın baş nazir: Bakı-Tbilisi-Qars dəmir yolu mövcud iqtisadi reallıqları dəyişəcək

Bakı. Ləman Zeynalova - Trend:

Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunun açılışı birgə strateji layihələrin uğurla reallaşdırılmasının bariz nümunəsidir.

Trend-in məlumatına görə, bunu BTQ-nin açılış mərasimində Gürcüstanın Baş naziri Georgi Kvirikaşvili deyib.

O, əmin olduğunu bildirib ki, yeni dəmir yolu mövcud iqtisadi reallıqları dəyişəcək və təkcə regionda yox, həm də onun hüdudlarından kənarda da inkişaf üçün yeni imkanlar yaradacaq: “Yük daşımaları ilə yanaşı BTQ ildə bir milyon sərnişinə də xidmət göstərəcək. Yeni dəmir yolunun işə salınması regionun nəqliyyat və ticarət statusunu möhkəmləndirəcək”.

G.Kvirikaşvili qeyd edib ki, Gürcüstan tərəfi “Bir kəmər – bir yol” təşəbbüsünün də reallaşmasına töhfəsini vermək istəyir: “Biz istəyirik ki, Gürcüstan və bu region Transavropa nəqliyyat şəbəkəsi ilə inteqrə olunsun və mən əminəm ki, Bakı-Tbilisi-Qars bu məqsədə nail olmaqda böyük rol oynayacaq”.

Nazir onu da əlavə edib ki, noyabrın 28-29-da Tbilisidə “İpək yolu” layihəsi üzrə yüksək səviyyəli beynəlxalq forum keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti