...

Mikayıl Cabbarov: Qanunvericilikdə islahatlar bu problemlərin həllinə yönələcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 İyun 2018 12:42 (UTC +04:00)
Hazırda Azərbaycanda hələ də tam və şəffaf hesabatlılıqla bağlı problemlər qalır.
Mikayıl Cabbarov: Qanunvericilikdə islahatlar bu problemlərin həllinə yönələcək

Bakı. Ənvər Məmmədov - Trend:

Hazırda Azərbaycanda hələ də tam və şəffaf hesabatlılıqla bağlı problemlər qalır.

Trend-in məlumatına görə, bunu Bakıda keçirilən 4-cü Aİ-Azərbaycan biznes-forumunda çıxışı zamanı vergilər naziri Mikayıl Cabbarov deyib.

Nazir qeyd edib ki, əgər sorğu keçirilsə, biznes nümayəndələrinin 60-70 faizinin əlavə dəyər vergisi (ƏDV) ödəyicisi kimi qeydiyyata alındığı məlum olacaq:

“Amma Vergilər Nazirliyinin statistik məlumatlarına əsasən, aktiv ƏDV ödəyiciləri sadəcə 3 faizə yaxın təşkil edir. Bildiyiniz kimi, Azərbaycan qanunvericiliyinə görə, illik dövriyyəsi 200 min manatı ötən şəxslər ƏDV ödəyiciləri olur. Burada biz üç problemlə üzləşirik - əməkhaqlarının, dövriyyənin və hesabatlılığın gizlədilməsi".

M.Cabbarov əlavə edib ki, qanunvericilikdə islahatlar bu problemlərin həllinə yönələcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti