...

Suyu içdiyiniz zaman qaynağını xatırlayın (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Sentyabr 2018 16:00 (UTC +04:00)
Su, hava kimi həyat üçün ən vacib olan komponentdir.
Suyu içdiyiniz zaman qaynağını xatırlayın (FOTO)

Bakı. Trend:

Su, hava kimi həyat üçün ən vacib olan komponentdir. Antuan de Sent-Ekzüperi demişdi ki, su nəinki insan həyatı üçün əhəmiyyətlidir, su elə həyatın özüdür. Yazıçı bunu deyən zamanlarda su yalnız susuzluğu yatırtmaq üçün istifadə olunurdu, onun keyfiyyəti ilə maraqlanmadan. Lakin, zaman keçdikcə insanlar sağlam və uzun həyat yaşamaq üçün suyun keyfiyyətinə daha çox diqqət yetirməyə başladı. Şübhəsiz ki, suyun insan həyatında rolu ölçülməzdir. Məhz su, insan orqanizminə oksigeni daşıyır, lazım olan bəsləyici maddələr ilə təhciz edir, bədənin temperaturunu tənzimləyir, orqanizmi təmizləyir və bir çox vacib funksiyaları yerinə yetirir.

Məhz suyun bu önəmli xüsusiyyətləri onun seçimini hər birimiz üçün əhəmiyyətli edir. Amma bu qədər çox və müxtəlif çesıdlı su markaları arasından orqanizm üçün faydalı olan tam təbii “canlı”suyu necə seçməliyik?!

Bunun üçün “TAC” şirkətinin marketinq və kommunikasiya şöbəsinin rəhbəri Surəyya Verdiyevadan bu məsələlərə aydınlıq gətirməyi xahiş etdik.

- Sürəyya xanım, uzun zamandır ki, su istehsalatında çalışırsınız. Sizin suya münasbibətiniz necədir?

- Su gözəllik və cavanlıq mənbəyidir! Əgər məşhur kəlamı bir az dəyişsək, belə deyə bilərik ki, “insan nə içirsə, özü də odur”. Əminliklə deyə bilərəm ki, içdiyin suya diqqət yetirsən, gənc və sağlam ola bilərsən.

Uzun illər öncə, dəri problemi ilə bağlı həkimə müraciət etmişdim. O mənə heç yaxın gəlmədi, ilk baxışdan dedi ki, “Balam, sənin yeganə problemin var, sən su içmirsən. Təmiz su iç və mənə ehtiyacın qalmayacaq.” O andan sonra su həyatımda öz xüsusi yerini aldı. Tale elə gətirdi ki, bir neçə il sonra ən yaxşı su şirkətinə işə daxil oldum.

- Krandan su içmək olarmı?

- Bu sualı cavablandırmaq üçün ilk növbədə qeyd etməliyəm ki, uzun illərdir Bakı və Abşeron neft məhsullarının istehsal tullantıları ilə çirklənir. Bu səbəbdən burada ekologiyanın təmizliyi barədə söhbət ola bilməz. Bundan əlavə, Abşerondakı suyun tərkibində duzun yüksək səviyyəsi onun istifadəsini məhdudlaşdırır və içməli su kimi istifadəsini sıfıra endirir. Hələ XIX əsrin sonunda və XX əsrin əvvələrində sürətlə böyüyən şəhərimizin su ehtiyacını təmin etmək üçün su şimal rayonlarından gətirilirdi. Təbii ki, suyun daşınması baha başa gəlirdi. Məhz elə buna görə də o zamanlar Sisian, Xan, Komendant və Şollar su kəmərləri Bakını içməli su ilə təmin etmək üçün inşa edilmişdi.

Bəs müasir zamanda kəmərdən daxil olan su nə vəziyyətdədir? Ümümdünya təcbübəsində kəmərdən gələn su yalnız texniki su kimi istifadə edilir. Onun tərkibində olan xlora görə əcnəbi mütəxəssislər bu suyu nəinki içməyə, hətta dişləri təmizləməyə və çimməyə belə məsləhət görmürlər. Onların dediyinə görə suda həll olunan xlor zərərli mikroflora ilə yanaşı, həm də yararlı mühiti məhv edir. Təəssüf ki, müasir su təmizləyən qurğular belə suyu sənaye tullantılarından tam təmizləməyə qadir deyillər. Digər tərəfdən köhnə çürümüş su boruları bu vəziyyəti lap ağırlaşdırır - əlavə çirk, pas və digər zərərli qatışıqlarla suyu çirkləndirir. Suyun bərbad keyfiyyəti isə böyrək, qaraciyər və mədə-bağırsaq traktında müxtəlif xəstəliklərin yaranmasına səbəb olur.

- Son zamanlar su kəmərindən daxil olan suyun müxtəlif məişət filtrləri ilə təmizlənməsinə üstünlük verənlər var. Belə su nə qədər təhlükəsiz və xeyirlidir?

- Bəli, su kəmərlərindən daxil olan suyun təmizlənməsi üçün müxtəlif su filtləri təklif olunur. Amma onlar vəziyyəti tam xilas edə bilmir, çünki bu filtrlər kömür və kokos katricləri ilə təhciz olunurlar. Onlar çirkabı özündə toplayaraq suyu yalnız mexaniki çirklənmədən təmizləyirlər. Əlavə katriclərin tətbiqi isə suyun tərkibində olan, orqanizmə xeyirli maddələrin balansını pozur. Təəsüf ki, onları təklif edən konsultantlar bu haqda heç bir məlumat vermir və susurlar. Belə deyək, təmizləmə filtrlərində müxtəlif komponentlərin istifadəsi müəyyən məsələlərin həlli üçündür. Məsələn, suyun codluluğunu yaxud duzun səviyyəsini azaldır, minerallaşdırır, suyun dadını, qoxusunu və rəngini yaxşılaşdıra bilir. Ona görə bu filtrləri tətbiq etməzdən öncə su kəmərindən kranınıza gələn suyun tərkibini və keyfiyyətini müəyyən etmək lazımdır. Laborotoriya analizinin nəticələri əsasında həmin suya hansı növ katriclərin qurulmasına qərar verilə bilər. Çünki, lazımlı elementlərdən təmizlənən “boş” su onları bədəndə olan elementlər hesabına bərpa edir - özündə həll edərək insan orqanizmindən yuyub, azaldır. Digər tərəfdən katriclərin istifadə müddəti bir neçə aydır. Bu müddət ərzində bütün çirkablar və zərərli maddələr onlarda toplanır. Onlardan keçərək su daha da zərərli olur və sağlamlığa mənfi təsir göstərir.

- Filtr seçimi ilə baş ağrıtmamaq üçün, butulkalarda su almaq məsləhətdir. Bəs bu qədər çoxsaylı təklifin içərisindən hansını seçmək lazımdır?

- Azərbaycanda su satışı hələ qədim zamanlardan gəlirli iş sayılıb. İndi də vəziyyət dəyişməyib. Ona görə də yerli bazarda çoxsayda su istehsalçısı var. Seçim zamanı ilk növbədə butulka üzərindəki etiketə diqqət yetirmək lazımdır. Vicdanlı istehsalçı mütləq etiketin üzərində suyun mənbəyini - su kəməri və ya quyunun nömrəsini, onun yerləşdiyi məkanı, suyun kateqoriyasını - sadə, mineral, müalicəvi olmasını, kimyəvi tərkibini, öz hüquqi ünvanını və sertifikatlaşma məlumatlarını göstərməlidir. Təəsüf ki, saxta malları aşkarlamaq çox çətindir, ona görə yerli bazarda uzun müddət fəaliyyət göstərən tanınmış markaların məhsullarını əldə etmək məsləhətdir.

- Məsələn, nümunə kimi “Tac” şirkətinin “Aquavita” məhsulunu deyə bilərik. Artıq 20 ilə yaxındır ki, bazardadır…

- Bəli. Keçən il şirkətimizin 20 illiyini qeyd etdik. “TAC” Azərbaycanda əhalini təmiz və keyfiyyətli su ilə təhciz etmək üçün yaradılan ilk müəssisələrdəndir. Bu illər ərzində bizim devizimiz “Suyun keyfiyyəti - həyatın keyfiyyətidir!” olaraq qalır və bu gündəlik istifadə üçün olan suyun istehsalında başlıca meyardır.

- Diqqətli oxucu soruşa bilər ki, keyfiyyətli su nə deməkdir?

- Keyfiyyətli su tərkibi balanslaşdrılmış və sağlamlığa xeyirli olan sudur. Belə suda makro və mikroelementlər birlikdə harmoniya yaradır. Düşünün ki, suda 50-yə yaxın element və birləşmələr var! Suyun keyfiyyəti məhz kalsium, natrium, maqnezium, yod, bikarbonatlar, gümüş, sulfatlar, nitrat, ftorun və digər elementlərin göstəricilərindən asılı olaraq suyun keyfiyyəti və təhlükəsizliyi təyin olunur.

Bazarda vəziyyət elədir ki, yerli istehsalçıların hamısı bu tələblərə cavab vermir. Məsələn, istehlakçı təbii tərkibli su almaq istəyir, amma bilməyərək müasir texnologiyaların məhsulu olan, süni olaraq əlavə olunan elementlərlə zənginləşdrilmiş su alır. Su mənbəyindən, həmçinin su kəmərindən alınan su “sıfırlanır”, yəni əks osmos avadanlığından keçərək distilə olunmuş suya çevrilir. Alınan “ölü” su sonradan süni minerallaşdırılır.

Bizim şirkətimiz prinsipial olaraq əks osmos avadanlıqlarından istifadə etmir. “Aquavita” suyu “yumşaq” təmizləmə keçir, tərkibi dəyişməz, balanslaşdrlımış və təbii olaraq qalır. Çünki, suyun öz tərkibində olan lazımlı elementlər və birləşmələr qorunub saxlanılmalıdır.

Təəsüf ki, bazardakı yüksək rəqabətə görə bəzi istehsalçılar daha asan yolu seçirlər və istehlakçının bilməməsindən istifadə edərək, daha çox gəlir əldə etmək üçün, distilə olunmuş su satırlar. Hətta, bəziləri heç süni minerallar belə əlavə etmirlər. Nəticəsi isə - distilə olunmuş su bir müddətdən sonra istehlakçının sağlamlığına mənfi təsir edir və müxtəlif xəstəliklərin yaranmasına gətirir.

- Mineral suyu necə içmək lazımdır? Müalicəvi mineral suyu gündəlik içmək olarmı?

- Şübhəsiz ki, Azərbaycanda satışda olan yerli və idxal olunan müalicə üçün nəzərdə tutulan mineral suların müalicəvi əhəmiyyəti danılmazdır. Onlar maddələr mübadiləsini yaxşılaşdırır və orqanizmi minerallarla təmin edir. Amma bilmək lazımdır ki, hər bir mineral suyu gündəlik içmək doğru deyil, hətta həkimlə məsləhətləşmək lazımdır. Onun məhdudlaşdırılmasının səbəbi isə həmin suların hər bir litrində 10 qram və daha çox duzun olmasıdır. Belə suların aşırı istifadəsi zərərli ola bilər. Belə ki, onların həm spesifik qoxusu olur, həm də uzunmüddətli istifadə böyrəklərə, dişlərə, damar sisteminə, həmçinin mədənin selikli qişasına zərər yetirə bilər. Necə deyərlər “hər şey qədərində gözəldir”.

- İstehlakçıları çox narahat edən suallardan biri, təmizlənmiş suya pul xərcləməyə dəyərmi? Butulkadakı suların özəlliyi nədir?

- Müasir həyatda qablaşdırılmış suyun istehlakı artıq normal bir haldır. Amma hamı bilir ki, onlar kateqoriyalar üzrə bölünür. Bütün dünyada olduğu kimi, Azərbaycanda da su təmizlənməsinin və istehsalının müxtəlif növləri var. Əsas olan istehlakçının seçimidir, o hansına daha çox üstünlük verir - “təbii” suya və ya təbii suyun təqlidi olan “süni” suya?

Axı yüksək keyfiyyətli təbii suyun istehsalı üçün bu suyun mənbədən, həmçinin artezian quyusundan hasıl olunmasına, zavoda xüsusi nəqliyyat sisternləri ilə daşınmasına və xüsusi rezervuarlarda saxlanılmasına əlavə xərclər gərəklidir. Bundan əlavə təbii suyun istehsalı üçün zavod müasir və bahalı avadanlıq ilə təhciz olunmalıdır. Bu avadanlıqlar təmizləməni yalnız avtomatik rejimdə həyata keçirməlidir. İstehsalatın hər bir etapında - quyu, sisterna, rezervuar, hazır məhsul - suyun kimyavi, mikrobiyoloji və orqanoleptik nəzarəti həyata keçirilməlidir. Bunun üçün zavodun nəzdində xüsusi laboratoriyalar olmalıdır. Buna isə, xərclərin artırılması baxımından, hər bir zavodun imkanı yoxdur.

Bizim şirkətimiz isə, yarandığı ilk gündən, özünün təbii su mənbəyini və akkreditasiya olunmuş labarotoriyalarını əldə etmişdir. Bu da mənbədə başlayan və hazır butulka ilə bitən prossesdə suyun keyfiyyətini nəzarət altında saxlayır.

Mexaniki qarışıqlardan təmizlənmə ilə yanaşı, su ultrabənövşəyi şüalarla zərərsizləşdirilir, sanitar-gigiyenik norma və qaydalara riayət edilərək müxtəlif həcmli butulkalara doldurulur. Və qeyd edim ki, həmin o yüksək keyfiyyətli suyun istehsalı üçün bunlar bizim zavodda həyata keçirdiyimiz işlərin tam siyahısı deyil.

Onu da bilmək lazımdır ki, suda olan kalsium və maqnezium hipertoniya və ürək aritmiyasının profilaktikasına imkan yaradır. Həmçinin sümük toxumasını möhkəmləndirir və sinir sisteminə müsbət təsir edir. Belə xarakteristikaya bütün dünyada üstünlük verilən, bahalı seqmetə aid olunan, dünyaca məhşur «Evian», «Vittel» və «Volvic» kimi brendlərin məhsulları malikdir.

Xoşbəxtlikdən, bizim özümüzün də kimyəvi göstəricilərinə - codluq səviyyəsi, suyun tərkibində olan kalsium, maqnezium, natrium, minerallaşma və hidrogen göstəricisinə görə «Evian» suyuna yaxın suyumuz var. Bizim fəxrimiz "AQUAVITA" suyu!

Məqalədə:
Xəbər lenti

Xəbər lenti