...

Nazir müavini: Azərbaycan Türkiyə iqtisadiyyatına 14,5 milyard dollar investisiya yerləşdirib

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Oktyabr 2018 13:56 (UTC +04:00)
Azərbaycanın Türkiyə iqtisadiyyatına investisiyalarının ümumi həcmi 14,5 milyard dollar səviyyəsindədir
Nazir müavini: Azərbaycan Türkiyə iqtisadiyyatına 14,5 milyard dollar investisiya yerləşdirib

Bakı. İlkin Şəfiyev - Trend:

Azərbaycanın Türkiyə iqtisadiyyatına investisiyalarının ümumi həcmi 14,5 milyard dollar səviyyəsindədir.

Trend-in məlumatına görə, bunu “Türkiyə ilə Azərbaycan arasında iqtisadi əməkdaşlığın yeni üfüqləri” adlı tədbir zamanı Azərbaycan iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov deyib.

O bildirib ki, investisiyaların böyük hissəsi neft-qaz və neft emalı sahəsinə yerləşdirilib:

“Hər il iki ölkə arasında ticari-iqtisadi münasibətlər şaxələnir və yeni sahələri əhatə edir. Azərbaycanın Türkiyəyə investisiyaları 14,5 milyard dollar həcmində dəyərləndirilir, bunun 13 milyardı neft-qaz sahəsinə yerləşdirilib. Türkiyə öz növbəsində Azərbaycana 11,8 milyard dollar yatırıb, bunun 9,1 milyard dolları neft sektoruna yerləşdirilib. Türkiyə Azərbaycanın qeyri-neft sektoruna 2,7 milyard dollar yerləşdirib və bu sahədə liderdir”.

Nazir müavini əlavə edib ki, Azərbaycanda Türkiyə kapitalı ilə 3400 şirkət, Türkiyədə isə Azərbaycan kapitalı ilə 2400 şirkət fəaliyyət göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti