...

Azərbaycanda ÜDM-in illik artımı 2019-2021-ci illərdə orta hesabla 2,4 faiz təşkil edəcək (YENİLƏNİB)

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Oktyabr 2019 10:07 (UTC +04:00)
Azərbaycanda ÜDM-in illik artımı 2019-2021-ci illərdə orta hesabla 2,4 faiz təşkil edəcək.
Azərbaycanda ÜDM-in illik artımı 2019-2021-ci illərdə orta hesabla 2,4 faiz təşkil edəcək (YENİLƏNİB)

Bakı. Trend:

Azərbaycanda ÜDM-in illik artımı 2019-2021-ci illərdə orta hesabla 2,4 faiz təşkil edəcək.

Trend-in məlumatına görə, bu göstərici Dünya Bankının (DB) Avropa və Mərkəzi Asiyada iqtisadi vəziyyətlə bağlı şərhində qeyd olunub.

Proqnoza əsasən neft hasilatı azalacaq və təbii qaz hasilatı 2020-ci ildə öz pikinə çatacaq:

“Daxili tələbatın bərpa olunması fonunda 2019-2021-ci illərd inflyasiyanın aşağı səviyyədə qalacağı və orta hesabla 3,1 faiz təşkil edəcəyi gözlənilir”.

Qeyd olunur ki, 2021-ci ilədək cari əməliyyatların hesabının profisiti ÜDM-in orta hesabla 6,5 faizini təşkil edəcək, bu isə enerji ilə bağlı olmayan cari əməliyyatların hesabının kəsirinin artmasına gətirib çıxaracaq.

Materialda bildirilir ki, Azərbaycan iqtisadiyyatı 2019-cu ilin birinci yarısında illik 2,4 faiz templə artıb. Bu, təbii qaz hasilatının artması və qeyri-enerji sektoru ilə bağlı olub:

“Qeyri-enerji ÜDM illik hesabda 3,2 faiz artıb. Buna kənd təsərrüfatında, emal sənayesində və xidmətlər sahəsində yüksək göstəricilər səbəb olub. Eyni zamanda tikinti sektorunda azalma davam edib. 2019-ci ilin əvvəlindəki xarici ticarətin əlverişli konyunkturu cari əməliyyatların hesabın yüksək profisitini bu ilin birinci rübündə ÜDM-in 15 faizi həcmində saxlayıb”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti