...

Türkiyədən Naxçıvana yük daşımalarının həcmi açıqlanıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 May 2020 15:43 (UTC +04:00)
2020-ci ilin yanvar-mart aylarında Türkiyədən Naxçıvana Türkiyə yük maşınları ilə 3 700 yük daşıması həyata keçirilib
Türkiyədən Naxçıvana yük daşımalarının həcmi açıqlanıb

Bakı. Rufiz Hafizoğlu - Trend:

2020-ci ilin yanvar-mart aylarında Türkiyədən Naxçıvana Türkiyə yük maşınları ilə 3 700 yük daşıması həyata keçirilib. Bu, 2019-cu ilin eyni dövrü ilə müqayisədə 17 faiz azdır.

Bu barədə Trend-ə Türkiyə Beynəlxalq Daşıyıcılar Assosiasiyasından bildiriblər.

Hesabat dövründə Türkiyədən yük maşınları ilə daşımalarda Naxçıvanın payı 1,28 faizə bərabər olub.

2020-ci ilin mart ayında Türkiyədən Naxçıvana Türkiyə yük maşınları ilə 1 668 yük daşıması həyata keçirilib ki, bu da 2019-cu ilin eyni dövrü ilə müqayisədə 6 faiz çoxdur.

Qeyd edək ki, 2020-ci ilin yanvar-mart aylarında Türkiyə yük maşınları ilə ölkə xaricinə 290 069 yük daşıması həyata keçirilib və bu 2019-cu ilin eyni dövrü ilə müqayisədə 3 faiz az olub.

2020-ci ilin martında Türkiyə yük maşınları ilə ölkə xaricinə 78 646 yük daşıması həyata keçirilib ki, bu da 2019-cu ilin eyni dövrü ilə müqayisədə 26 faiz az olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti