...

"Thales" Azərbaycanın azad edilmiş ərazilərində bütün dəmiryol layihələrini dəstəkləyəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Dekabr 2020 15:19 (UTC +04:00)
"Thales" Azərbaycanın azad edilmiş ərazilərində bütün dəmiryol layihələrini dəstəkləyəcək

Bakı. Sədrəddin Ağcayev - Trend:

Biz Azərbaycanın işğaldan azad edilmiş ərazilərində bütün dəmiryol layihələrini dəstəkləyə bilərik.

Bunu Trend-ə “Thales International Azerbaijan” şirkətinin texniki direktoru Mixail Malinovski deyib.

Onun sözlərinə görə “Thales International” Azərbaycanda rels nəqliyyat vasitələrinin hərəkət təhlükəsizliyini təmin edir.

O bildirib ki, Azərbaycanın azad edilmiş ərazilərində geniş dəmir yolları şəbəkəsinin tikintisi planlaşdırılır:

“Azərbaycanda postsovet məkanında olduğu kimi dəmiryol texnologiyalarının bazasını sovet və rus sistemləri təşkil edir. “Thales”in bu sistemlərlə iş təcrübəsi mövcuddur, çünki biz bu cür bazası olan Latviyada öz sistemlərimizi tətbiq etmişik. Eyni zamanda “Thales” yeni Avropa sistemlərini də tətbiq edə bilər”.

M.Malinovski əlavə edib ki, Bakıda şəhərin mərkəzindən aeroporta kimi yerüstü dəmir yolu əlaqəsinin reallaşdırılması layihəsi də mövcuddur:

“Biz bu layihənin icra olunmasında və hərəkətin avtomatlaşdırılmasında iştirak edə bilərik”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti