...

Qazaxıstan və Azərbaycan Qarabağda mülki infrastrukturun bərpası üzrə əməkdaşlığı müzakirə edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Mart 2021 18:05 (UTC +04:00)
Qazaxıstan və Azərbaycan Qarabağda mülki infrastrukturun bərpası üzrə əməkdaşlığı müzakirə edir

Trend-i buradan izləyin

Bakı. Nərgiz Sadıxova, tərcümə Orxan Nəbiyev - Trend:

Qazaxıstan və Azərbaycan Qarabağda mülki infrastrukturun bərpası üzrə əməkdaşlıq məsələsini nəzərdən keçirir.

Bunu Trend-ə Qazaxıstan Xarici İşlər Nazirliyindən bildiriblər.

Qeyd olunub ki, hazırda Qazaxıstan şirkətlərinin iştirak edə biləcəyi infrastruktur layihələri ilə bağlı danışıqlar aparılır.

Nazirlikdən, həmçinin bildiriblər ki, ölkə prezidentləri arasında ötən ilin dekabrında baş tutmuş telefon danışığı zamanı Qazaxıstanın tikinti şirkətləri Azərbaycan tərəfindən Qarabağda mülki infrastrukturun bərpasında iştirak etmək üçün dəvət olunmuşdular.

Xəbər lenti

Xəbər lenti