...

Minsk Azərbaycana Belarus üzərindən ABŞ-a uçuşlar təşkil etməyi təklif edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Aprel 2021 00:29 (UTC +04:00)
Minsk Azərbaycana Belarus üzərindən ABŞ-a uçuşlar təşkil etməyi təklif edib

Bakı. Trend:

Belarusun nəqliyyat və kommunikasiya naziri Aleksey Avramenkonun Azərbaycanın nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev ilə görüşü olub.

Trend-in "Belta"ya istinadən verdiyi məlumata görə, bunu Belarusun Nəqliyyat və Kommunikasiya Nazirliyinin mətbuat katibi Anna Kurilenok deyib.

Onun sözlərinə görə, tərəflər Belarus ilə Azərbaycan arasında müntəzəm uçuşların pandemiyadan əvvəlki səviyyədə bərpa edilməsini müzakirə ediblər. Hazırda Minsk və Bakı arasında müntəzəm uçuşlar "Belavia" aviaşirkəti tərəfindən həyata keçirilir.

A.Avramenko AZAL-ın Bakı-Minsk-Nyu-York-Minsk-Bakı marşrutu ilə transkontinental uçuşunun təşkili imkanlarını nəzərdən keçirməyi təklif edib: "Hava limanının inkişaf etmiş marşrut şəbəkəsi sayəsində Minsk üzərindən ABŞ-a uçuşlar yalnız dövlətlərimizin vətəndaşları üçün deyil, Baltikyanı ölkələrdən gələn sərnişinlər üçün də cəlbedici ola bilər". Nazir Belarus tərəfinin bu uçuşu təşkil etməkdə maraqlı olduğunu vurğulayaraq, yaxın gələcəkdə konkret addımların hazırlanmasını təklif edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti