...

QDTİB Azərbaycanda portfelin bölgüsünü açıqlayıb (Özəl)

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 İyul 2022 08:15 (UTC +04:00)
QDTİB Azərbaycanda portfelin bölgüsünü açıqlayıb (Özəl)
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Hazırda Qara Dəniz Ticarət və İnkişaf Bankının (QDTİB) Azərbaycandakı əsas portfelini kiçik və orta sahibkarlığa(47,5 faiz), enerji (35 faiz), daşınmaz əmlak (8,4 faiz), istehlak malları (4,8 faiz) və sənaye sektoruna (4,4 faiz) dəstək təşkil edir.

Bu barədə Trend-ə özəl müsahibəsində QDTİB-nin prezidenti Dmitri Pankin deyib.

"Əməliyyatların başladığı gündən QDTİB Azərbaycan hökumətinin investisiya prioritetlərinə uyğun olaraq Azərbaycanda ümumi dəyəri 0,5 milyard avrodan çox olan 39 layihəni maliyyələşdirib. Bank neft və qaz sektorundan kənarda kiçik və orta sahibkarlığa diqqət yetirməklə yanaşı, "Şahdəniz" kimi strateji enerji layihələrində iştirak edib. Bu həftə Azərbaycanda biz maraqlı şirkətlərlə görüşəcəyik və əminəm ki, bu, ölkədə biznes layihələrinin daha da inkişafına səbəb olacaq", - deyə D.Pankin bildirib.

Qeyd edək ki, QDTİB Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının 11 dövlətini birləşdirən beynəlxalq bankdır. Bank Qara dəniz regionu ölkələri arasında iqtisadi qarşılıqlı əlaqəni, ticarəti və əməkdaşlığı inkişaf etdirmək məqsədi daşıyır.

Twitter: @Lyaman_Zeyn

Məqalədə:
Xəbər lenti

Xəbər lenti