...

Azərbaycanda Dünya Bankının dəstəyi ilə “Biznesə Giriş” və “Vergiqoyma” yol xəritələri müzakirə olunur

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 May 2024 13:44 (UTC +04:00)
Lada Yevgraşına
Lada Yevgraşına
Bütün xəbərlər

Bakı. Trend:

İqtisadiyyat Nazirliyində Azərbaycan Respublikasının Dünya Bankı ilə birgə həyata keçirdiyi "Biznes hazırlığı" layihəsinin "Biznesə Giriş" və "Vergiqoyma" mövzusunda 2024-cü il üzrə yol xəritələrinin təqdimatı keçirilir.

Trend xəbər verir ki, müzakirlərdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin, Ədliyyə Nazirliyinin, Maliyyə Nazirliyinin, Xarici İşlər Nazirliyinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Dövlət Statistika Komitəsinin, Mərkəzi Bankın, Kiçik və Orta Biznesin İnkişafı Agentliyin (KOBİA) və digər strukturların nümayəndələri iştirak edir.

"Vergilər və hesabatlılıq" işçi qrupunun rəhbəri, Dövlət Vergilər Xidmətinin rəis müavini İlkin Vəliyev və "Biznesə giriş" işçi qrupunun rəhbəri, Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva məruzələrlə çıxış ediblər. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının sektor müdiri, Biznes mühiti və beynəlxalq reytinqlər üzrə komissiyanın katibliyinin rəhbəri Vüsal Şıxəliyev çıxış edib (Dünya Bankının "Biznes hazırlığı" layihəsi üzrə iş təqdim edib).

Şıxəliyev Dünya Bankı ilə bu birgə layihənin biznes sahələrinin ölkədə funksionallığı, biznesin aparılması qaydası kimi bütünlükdə özəl sektorun inkişafına təsir edən komponentlərə əsaslandığını qeyd edib

"Layihə çərçivəsində iki mühüm istiqamət – "Biznesə giriş" və "Vergiqoyma" göstəriciləri əhatə olunub və ötən dövr ərzində bu istiqamətlər üzrə iki illik yol xəritələri həyata keçirilib", - o deyib.

Onun sözlərinə görə, 2024-cü il üzrə təsdiqlənmiş yeni yol xəritələri mövcud proseslərin daha yüksək səviyyəyə qaldırılması, bir sıra innovasiyaların tətbiqi, o cümlədən normativ-texniki proseslərin yekunlaşdırılmasını nəzərdə tutur.

Dövlət Vergi Xidməti rəis müavini, "Biznesə giriş" işçi qrupunun rəhbəri Samirə Musayeva iclas iştirakçılarına "Biznesə giriş" yol xəritəsi, onun alt göstəriciləri və komponentlərinə dair ümumi məlumat verib, eləcə də kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı sahəsində həyata keçirilən islahatlardan danışıb.

2022-2023-cü illərdə "Yol Xəritəsi"ndə "Biznesə giriş" göstəricisi üzrə həyata keçirilən islahatlardan danışan S.Musayeva bildirib ki, Azərbaycan Respublikasının qanunlarına, o cümlədən "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri" haqqında əsasən 30-a qədər tədbir həyata keçirilib.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti