...

Azərbaycanın ESG sahəsindəki milli standartları razılaşdırma mərhələsindədir

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 Sentyabr 2024 16:31 (UTC +04:00)
Azərbaycanın ESG sahəsindəki milli standartları razılaşdırma mərhələsindədir
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın ekoloji, sosial və korporativ idarəetmə (ESG) sahəsindəki milli standartları razılaşdırma mərhələsindədir.

Trend xəbər verir ki, bu barədə Azərbaycan Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın katibliyinin rəhbəri Vüsal Şıxəliyev “Ekoloji, sosial və korporativ idarəetmə (ESG) standartları üzrə Vahid Rəqəmsal Platformanın” təqdimatı zamanı qeyd edib.

"O, ekoloji, sosial və korporativ idarəetmə sahəsində milli standartların hazırlanmasına yönəlib. Bu standartların təsdiqi ilə bağlı layihə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən hazırlanıb və hazırda razılaşdırma mərhələsindədir. Məqsədimiz beynəlxalq tələblərlə milli standartları sinxronlaşdırmaqdır", - Vüsal Şıxaliyev vurğulayıb.

Qeyd edək ki, "Ekoloji, sosial və korporativ idarəetmə (ESG) standartları üzrə vahid rəqəmsal platforma" konsepsiyası Azərbaycan Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyası tərəfindən hazırlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti