...

İYULUN 15-16-DAN GƏNCƏ AVTOMOBİL ZAVODU YENİ AVTOMOBİLLƏRİN YIĞILMASINA BAŞLAYACAQ

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 İyun 2005 18:28 (UTC +04:00)

İyulnun 15-16-da Gəncə avtomobil zavoduUlyanvosk avtomobil zavodunun müxtəlif markalı ilk avtomobillərinin yığılmasına başlağı planlaşdırıb. Zavodun direktoru Xanlar Fətiyevin Trend ə verdiyi məlumata görə, avtomobillərin yığılmasına təcrübə sexinin bazasında başlanılacaq.

Onun sözlərinə görə, hazırda son hazırlıq işləri başa çatır. Gəncə avtomobil zavodu Ulyanovsk avtomobil zavodunun SKD-1 sxemi üzrə buraxdığı müxtəlif markalı avtomobillərin yığılmasına keçməyüi planlaşdırır. Bu sxem üzrə avtomobillərin yığılması zamanı avtomobillərin tamamiləhazır ehtiyat hissələri əsasında yığılacağı nəzərdə tutulur. Əvvəllər avtomobillərin SKD-2 sxemi üzrə, dahadoğrusu çoxhissəli yığımyığılmasına başlanılması ehtimal edilirdi. Belə olan halda zavod avtomobillərin hazır hissələrini, yəni yığılmış yük yeri, motor və s. ala bilərdi.

Mayın 3-də Gəncə avtomobil zavodu Ulyansk avtomobil zavodu ilə Baş müqavilə imzalayıb. Həmin baş müqaviləyə əsasən Gəncə avtomobil zavoduUlyansk avtomobil zavodunda komlektləşdirilmiş avtomobillərin yığılmasını həyata keçirəcək. Komplektləşdirilmiş UAZ-layanaşı yerli zavodun bazası əsasında bəzi adda detalların buraxılması nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti