...

"Siyəzən-şarab" investisiya müsabiqəsində nümayiş etdirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Yanvar 2006 15:02 (UTC +04:00)

Dövlət əmlakının idarə edilməsi üzrə Dövlət komitəsi investisiya müsabiqəsi ilə "Siyəzən -şarab" SC-nin aksiyalarının 99,34%-nin özəlləşdirilməsi barədə elan verib. Trend Dövlət komitəsinin məlumatına istinadən bildirir ki, təkliflərin qiymətləndirilməsi fevralın 1-də keçiriləcək, yanvarın 30-dək isə müsabiqə iştirakçıları təklifləri təqdim etməlidir.

İnvestisiya müsabiqəsində istər yerli, istərsə də xarici sərmayəçilər iştirak edə bilər. Buna görə onlar yüksək keyfiyyətli şərab məhsulu, o cümlədən meyvə və tərəvəz konservləri istehsalının təşkili üçün qoyulan investisiyanın müddəti, həcmi və istiqamətləri göstərilmiş investisiya proqramını təqdim etməlidir.

Müsabiqə iştirakçıları 80 mln. manatın (16 min yeni manat) dövlət büdcəsinə köçürülməsi və Dövlət komitəsinə 4500 özəlləşdirmə qəbzinin (əgər xarici sərmayəçidirsə bir o qədər özəlləşdirmə payı) verilməsinə dair təkliflər təqdim etməlidir.

Əmlak müsabiqənin maksimum həcmdə investisiya təklif edən, səmərəli investisiya qoymağı öhdəsinə götürən, eləcə də yüngül sənaye müəssisələrinin istismarında, o cümlədən şərab, şampan şərabı, qazlı sular, təbii şirə və digər içkilər, habelə konservləşdirilmiş məhsul istehsalında təcrübəsi olan iştirakçısına veriləcək.

Müsabiqənin qalibi alqı-satqı müqaviləsinin imzalanmasından sonra 30 gün ərzində SC-nin əmək haqqı ilə bağlı borcunu ödəməli, təklif olunan pul məbləğinin dövlət büdcəsinə köçürülməsini və Dövlət Komitəsinə qəbzlərin verilməsini təmin etməlidir. Bundan başqa, investisiyanın ümumi həcmindən 5%-dək müəssisənin hesabına köçürməlidir.

Xəbər lenti

Xəbər lenti