...

Azərbaycan şirkətləri Karlsruye yarmarkasında iştirak edirlər

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Aprel 2006 14:02 (UTC +04:00)

Azərbaycanın bir sıra şirkətləri aprelin 26-dan 28-nə kimi keçiriləcək "RESALE 2006" 12-ci beynəlxalq ticarət yarmarkasında iştirak etmək üçün Karlsruyedə (Almaniya) şəhərinə yola düşüblər. Trend in Azərbaycanın İxrac və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) press-relizinə istinadən verdiyi məlumata görə, bu şirkətlərin arasında "Bakı Universal maşınqayırma", "Tovuz-Baltiya", "Sataplas" və digərləri var. Səfər Alman Texniki Əməkdaşlıq Cəmiyyəti (GTZ) tərəfindən AZPROMO-nun yardımı ilə təşkil edilib.

"Karlsruye yarmarkası qiymətlərin yaxşı uyğunlaşdırılması, avadanlığın vəziyyəti və keyfiyyəti ilə fərqlənir. Bura orta Azərbaycan şirkətləri üçün zəruri avadanlıqların əlverişli qiymətə əldə edilməsinin mümkün olduğu yerdir", - deyə AZPROMO-nun prezidenti Emil Məcidov azərbaycanlı sahibkarların Karlsruyeyə səfərini şərh edərkən bildirib.

"RESALE" dünyada bu tipdən olan ən böyük sərgi kimi tanınır. Bu yarmarkanın yüksək istehsal avadanlıqlarınn çox baha qiymətə almaq istəyən inkişaf etməkdə olan ölkələrin nümayəndələri üçün böyük əhəmiyyəti var.

Hər il dünyanın 100-dən artıq ölkəsindən 10 mindən artıq tamaşaçının gəldiyi yarmarkada sənayenin bütün sahələri təmsil olunur. Yarmarkada 100 min ədəddən artıq avadanlığın sərgilənəcəyi gözlənilir.

Xəbər lenti

Xəbər lenti