...

Oğuz-Qəbələ-Bakı su kəməri layihəsi çərçivəsində aparılmış kəşfiyyat işlərinin nəticələri gözləmələri üstələyib

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 İyul 2006 19:20 (UTC +04:00)

Oğuz-Qəbələ zonasında Oğuz-Qəbələ-Bakı su kəmərinin çəkilişi çərçivsində geoloji-kəşfiyyat işləri başa çatır. Bu barədə, Trend agentliyinin məlumatına əsasən, iyulun 20-də ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov bildirib.

Onun sözlərinə görə, bu işlərin nəticəsində suyun yüksək keyfiyyət və həcm göstəricisi əldə olunub. Kəşfiyyat işlərinin son nəticələri barədə məktub dövlət və hökumət başçılarına göndərilib.

İşlər qrafikda nəzərdə tutulmuş sürətdən daha tez görülür. Yeraltı suların istismar ehtiyatı təxminən 15 m3/san. təşkil edir.

Su kəməri Oğuz-Qəbələ zonasındakı su anbarından başlayaraq Çarxana-Göyçay-Ağsu-Udulludan keçəcək. Kəmərin ümumi uzunluğu 280 km. təşkil edəcək. Onu 2008-ci ildə istismara vermək planlaşdırılır.

Kəmərin çəkilməsi haqqında sərəncam 2002-ci ilin dekabrında keçmiş prezident Heydər Əliyev tərəfindən verilib. Bu sərəncamla əlaqədar mənbədə su ehtiyatını müəyyənləşdirmək üçün nazirlik tərəfindən hidro-geoloji araşdırma aparılıb.

2005-ci il sentyabrın 1-də Oğuz-Qəbələ-Bakı su kəmərinin çəkilişi məqsədəuyğun hesab edilib və texniki-iqtisadi əsaslandırmanın hazırlanması barədə müvafiq sərəncam imzalanıb. Bu işlə Almaniyanın CES Consulting Engineers şirkəti məşğuldur.

Xəbər lenti

Xəbər lenti