...

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Şəkidə əmək yarmarkası keçirib

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 İyul 2006 13:29 (UTC +04:00)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Şəkidə əmək yarmarkası keçirib. Nazirliyin Baş məşğulluq idarəsindən Trend ə verilən xəbərə görə, yarmarkanın sonunda 52 nəfər işlə təmin olunub. Ümumilikdə, yarmarkada 570 vakant yerlə 28 müəssisə iştirak edib.

İdarədən bildiriblər ki, indiyədək nazirlik ölkə bölgələrində, o cümlədən Naxçıvan Muxtar Respublikasında 13 əmək yarmarkası keçirib. Bu yarmarkalarda 409 müəssisə 44713 iş yeri ilə iştirak edib. Nəticədə 864 nəfər işə qəbul olunub, 100 nəfər ictimai işlərə cəlb olunub, 54 nəfər isə hazırlıq kurslarına göndərilib.

Növbəti əmək yarmarkası iyulun 28-də Cəlilabadda olacaq.

Xəbər lenti

Xəbər lenti