Sentyabrın 29-dək Azərbaycan Vergilər Nazirliyi tərəfindən 111 910 obyektdə nəzarət tədbirləri keçirilib. Trend in Vergilər Nazirliyi Operativ Nəzarət İdarəsinin məlumatına istinadən xəbər verdiyi kimi, reydlər zamanı həmin obyektlərdən 26162-də qanunvericiliyin pozulması faktları aşkar edilib. Qanun pozuntularına yol vermiş obyektlərə 2.377.474 AZN məbləğində inzibati cərimə kəsilib.
Bakıda keçirilən vergi reydləri əhali ilə nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunmasına, bu zaman nəzarət-kassa aparatlarından istifadə edilməsi və vurulmuş kassa çeklərinin alıcılara təqdim edilməsinə nəzarət məqsədilə həyata keçirilir.