...

Azərbaycan İpoteka Fondunun maliyyə hesabatı mühasibat uçotunun beynəlxalq standartlarına uyğundur

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Sentyabr 2006 18:23 (UTC +04:00)

Azərbaycan Milli Bankı nəzdində fəaliyyət göstərən Azərbaycan İpoteka Fondunda (AİF) bu gün "Beynəlxalq mühasibat standartları və AİF-də mühasibat uçotunun aparılması siyasəti" mövzusunda təqdimat mərasimi keçirilib. Trend in fondun məlumatına istinadən xəbər verdiyi kimi, ipoteka fondunun maliyyə hesabatı siyasəti onun mühasibat uçotunun beynəlxalq standartlara uyğun hazırlanmasından ibarətdir və xarici ekspertlər bunu təhlil edərək, həmin standrtlara uyğunluğu təsdiqləyiblər.

Azərbaycanda ipoteka kreditləşməsi sisteminin inkişafına yönəldilmiş təqdimat mərasimi AİF və "ACDI\IOCA" qeyri-bank kredit təşkilatı arasında texniki əməkdaşlıq haqqında imzalanmış memoranduma müvafiq olaraq, "ACDI\IOCA" ekspertləri tərəfindən keçirilib.

Tədbirdə ipoteka fondunun icraçı direktoru Faiq Məmmədov, fondun digər məsul şəxsləri, "ACDI\IOCA" və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) nümayəndələri iştirak ediblər. Qeyd edək ki, "ACDI\IOCA" ölkədə fəaliyyətini USAID-ın dəstəyi ilə həyata keçirir.

Xəbər lenti

Xəbər lenti