...

DB ekspertləri: Azərbaycanın bank sektoru iqtisadiyyatın həcmlərinə uyğun gəlmir

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Yanvar 2007 16:18 (UTC +04:00)

Dünya bankı ölkə iqtisadiyyatının ölçülərinə uyğun olaraq Azərbaycanın bank sektorunda çatışmamazlıqların olduğunu təsdiq edir. Trend xəbər verir ki, bu barədə DB-nin açıqladığı Azərbaycanla tərəfdaşlıq strategiyasında (2007-2020-cu illər) qeyd olunub.

Hazırda respublikada 44 bank fəaliyyət göstərir, onlardan 18 bank xarici kapitalın iştirakı ilə və ikisi xarici bankların filialıdır.

Bir çox banklar Beynəlxalq Maliyyə korporasiyası və AYİB tərəfindən dəstək alıb və bu banklarda tədricən xidmət keyfiyyəti artır və xidmətlərin müxtəlifliyi genişlənir. Lakin 2005-ci ilin sonuna qədər ÜDM-yə nisbətən ümumi bank kapitalı 18% təşkil edib, bu isə Mərkəzi Avropada keçid iqtisadiyyatının olduğu ölkələrdəki səviyyədən 30-40% aşağıdır.

2004-cü ildə BVF-in DB ilə birgə həyata keçirdiyi FSAP qiymətləndirməsindən sonra Azərbaycanda "Banklar haqqında" və "AMB haqqında" yeni qanunlar qəbul olunub və onlar Bazel prinsiplərinə uyğundur. Onlara əsasən Milli Bankın təhtəlhesablığı və müstəqilliyi təmin olunub.

DB-nin hesabatında qeyd olunduğu kimi, bu gün Azərbaycan Beynəlxalq Bankı (ABB) ölkənin bütün bank sisteminin 49% aktivinə malikdir, halbuki FSAP qiymətləndirməsi aparılan zaman bu göstərici 53% səviyyəsində olub. Bu, özəl bank sektorunun inkişafında müsbət amil hesab olunur.

DB ekspertləri güman edirlər ki, ABB-in dominant vəziyyəti biznes iqliminin yaxşılaşması və bank sektorunun beynəlxalq rəqabətə tab gətirə bilmək bacarığı şəraitində azalmalıdır.

Bununla yanaşı, aparılmış stress-testlər bank sektorunun makroiqtisadi sarsıntılara yüksək davamiyyətini təsdiq edib. DB kənd yerlərində kiçik və orta müəssisələrin və əhalinin maliyyələşdirilməsində vasitəçi kimi bankların fəaliyyətini gücləndirməyi tövsiyyə edir.

Başlıca məsələ maliyyə xidmətlərinə çıxmaq üçün kənd yerlərinin dəstəklənməsidir, bu isə yeni iş yerlərini açmağa, kommersiya fəaliyyətini dəstəkləməyə imkan verəcək.

Xəbər lenti

Xəbər lenti