...

Azərbaycanın Baytarlıq xidməti "Rosselxoznadzor"un yaydığı məlumatı təkzib edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Mart 2007 15:15 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir S.Babayeva/ Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti "Rosselxoznadzor" Baytarlıq Nəzarəti Xidmətinin rəhbəri Nikolay Vlasovun Azərbaycanda "quş qripi"nin mövcudluğu ilə bağlı söyləntilərini tamamilə təkzib edir. Onun sözlərinə görə bu virus Azərbaycan-İran-Krosnadar vilayəti üçbucağından Podmoskovyaya yoluxdurulub.

Bazar ertsəsi Baytarlıq Xidmətindən verilən məlumata görə Rusiya tərəfinin yaydığı məlumat əsassızdır. "Azərbaycanda "quş qripi" virusu yoxdur. Sərhədlərdə olan baytarlıq məntəqələri gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Ölkə ərazisində mütəmadi olaraq monitorinqlər aparılır",-deyə dövlət xidmətindən bildirilib.

"Nəzərə almaq lazımdır ki, Ümumdünya Səhiyyə Təşkilatının (WHO), Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) nəzarətilə aparılan yoxlamalarda bu virusun mövcudluğunu gizlətmək mümkün deyil. Belə olan halda bizim ölkədən digər ərazilərə virus yoluxdurulması halı baş verə bilməz",-deyə Baytarlıq Xidmətində vurğulayıblar.

Xəbər lenti

Xəbər lenti