...

Yanvarda Azərbaycanda iqtisadi artım 52,4 faiz təşkil edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Mart 2007 14:22 (UTC +04:00)

Azərbaycan,Bakı/müxbir Trend S.Əliyev/MDB statistika komitəsinin məlumatlarına əsasən, 2007-ci ilin yanvarında Azərbaycanda iqtisadi artım 2006-cı ilin yanvarı ilə müqayisədə (2006-cı ilin dekabrı ilə müqayisədə 8,3 faiz) 52,4 faiz təşkil edib.

2006-cı ilin yanvarı ilə müqayisədə sənaye məhsullarının istehsalı Birlik dövlətləri üzrə orta hesabla 7,28 faiz artıb (2006-cı ilin dekabrında istehsalın azalması 9,4 faiz təşkil edib).

Birlik dövlətlərində inflyasiyanın səviyyəsi orta hesabla 2007-ci ilin yanvarında ötən ilin uyğun dövrü ilə müqayisədə 9,75 faiz təşkil edib (2006-cı ilin dekabrında 1,25 faiz). Sənaye məhsulları istehsalçılarının qiymət indeksi orta hesabla 12 faiz təşkil edib.

Xəbər lenti

Xəbər lenti