...

Azərbaycanda "quş qripi"nin aşkarlanması üzrə növbəti monitorinq apreldə keçiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Mart 2007 15:04 (UTC +04:00)

Azərbaycan,Bakı/müxbir Trend S.Babayeva/Azərbaycanda "quş qripi"nin aşkarlanması üzrə növbəti monitorinq aprelin 2-dən 7-dək keçiriləcək. Bu barədə bu gün mətbuat konfransında Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xildmətinin rəisi İsmayıl Həsənov məlumat verib.

Apreldən etibarən monitorinqlər ayda iki dəfə aparılacaq.

"Virusun yayılması ilə bağlı təhlükə aprelin sonuna qədər - vəhşi quşların uçuşu ilə əlaqədar qalır", - deyə İ.Həsənov bildirib.

Bu gün ölkə ərazisində vəşhi quşların ovu, satışı və istifadəsinə olan qadağa qüvvədədir. Rusiya və Türkiyədən yumurta və qida əlavələrinin ixracına qadağa da qüvvədədir.

"Məlumatlarımıza görə, bu ölkələrdə "quş qripi" virusunun qarşısının alınması üçün irəliləyişlər mövcuddur. Türkiyə və Rusiya mövcud problemləri həll etdikdən sonra biz qadağanın ləğvi ilə bağlı məsələni nəzərdən keçirəcəyik", - deyə İ.Həsənov bildirib.

Xəbər lenti

Xəbər lenti