...

Dünya Bankı Azərbaycanın qərb regionunda mikromaliyyələşdirmə həcmini azaldıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Aprel 2007 18:25 (UTC +04:00)

Azərbaycan,Bakı/ Trend /Azərbaycanın qərb regionunda kiçik sahibkarlara verilən mikrokreditlərin məbləği azaldılıb. Bu barədə Gəncə Regional Məsləhət Mərkəzinin direktor müavini Arif Cahangirov məlumat verib.

Onun sözlərinə görə, qərb bölgəsində verilən kerditlərin yığımı 90 faizdən aşağı olduğu üçün Dünya Bankı bu il verdiyi kreditin məbləğini təxminən 2 dəfə azaldıb.

Bu il Mərkəz 480 nəfərə 220 min manat kredit verib. Mərkəz kreditləri bir illik olmaqla iki faizlə kiçik sahibkarlara verir.

"Bizim Mərkəzdə kreditlər bir neçə mərhələdə verilir. İlk olaraq kiçik sahibkarlar 300 manat götürə bilərlər, sonra isə 500, 700 və 1000 manat. Məbləğ kiçik olduqda krediti sahibkarlar asanlıqla qaytarırlar. Lakin 700 və 1000 manat məbləğində olan kreditləri ödəməyə çətinlik çəkirlər", - deyə o bildirib.

Kreditlərin qaytarılması ilə bağlı çətinliyin səbəbi kimi o, sahibkarların istehsal etdiyi kənd təsərrüfatı məhsullarına aşağı tələbatı olmasını göstərib.

Xəbər lenti

Xəbər lenti