...

Metronun yubileyinədək bir neçə stansiyaya yeni ad veriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Aprel 2007 14:27 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 aprel /müx. "TrendLife" F.Sadıxov

Nazirlər Kabineti yaxın vaxtlarda Bakı Metropoliteninin bir neçə stansiyasının adının dəyişdirilməsi təklifini cavablandıracaq. Metropolitenin mətbuat katibi Nəzakət Tanrıverdiyevanın "TrendLife"a bildirdiyinə görə, stansiyaların adları ilə bağlı müzakirələr uzun müddətdir davam edir. Bu məsələ Bakı Metropoliteninin 40 illik yubileyinədək həll olunacaq. Tanrıverdiyeva bildirib ki, Metropolitenin bu il noyabrın 8-də keçiriləcək yubileyinə ciddi hazırlıq gedir. Hazırda bəzi stansiyalarda aparılan təmir işləri də bununla əlaqədardır.

Qeyd edək ki, Bakı Metropoliteninin rəhbərliyi "Bakı soveti"nə "İçərişəhər", "Elmlər Akademiyası"na "Hüseyn Cavid", "İnşaatçılar"a "Üzeyir Hacıbəyov", "Ulduz"a isə "Çingiz Babayev" adının verilməsini təklif edib. Xatırladaq ki, Ali Hərbi Məktəbin mərhum müdavimi, Milli qəhrəman Çingiz Babayev metroda törədilmiş terror zamanı sərnişinlərə kömək edərkən həlak olub.

Digər təklif "Bakmil" stansiyasının adı ilə bağlıdır. Adqoyma komissiyası bu stansiyaya üç məşhur generaldan birinin (Əliağa Şıxlinski, Səməd bəy Mehmandarov, Cəmşid Naxçıvanski) adını verməlidir.

Bakı Metropolitenindən onu da bildiriblər ki, 2008-ci ilin mayında Bakıda Dünya Metropolitenləri Assambleyasının toplantısı keçiriləcək. Toplantıda 152 ölkənin nümayəndəsi iştirak edəcək.

Xəbər lenti

Xəbər lenti