...

Stenli Eskudero: Vaşinqtonda Azərbaycan iqtisadiyyatına cəlb ediləcək investorların siyahısı yaradıla bilər

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 İyun 2007 14:37 (UTC +04:00)
Stenli Eskudero: Vaşinqtonda Azərbaycan iqtisadiyyatına cəlb ediləcək investorların siyahısı yaradıla bilər

Azərbaycan, Bakı /müx. Trend A.Qasımova/ ABŞ-Azərbaycan Ticarət Palatasının rəhbəri, ABŞ-ın Azərbaycandakı sabiq səfiri Stenli Eskudero bəyan edib ki, son illər Azərbaycanın investisiya baxımından cəlbediciliyi artıb.

Bazar ertəsi açıqlama verən Eskudero qeyd edib ki, hazırda Azərbaycanda qeyri-neft sektoruna yatırımlar etmək daha yaxşı olardı.

"Məni sevindirir ki, Azərbaycan hökuməti infrastruktura yatırım edir" - deyə o bildirib.

Eskuderonun sözlərinə görə, dünən Bakıda ABŞ ticarət nazirinin müavini Devid Sampsonun şərəfinə verilən ziyafətdə Vaşinqtonda potensial investorlar (sonradan onların Azərbaycana cəlb edilməsi nəzərdə tutulur) siyahısının yaradılması ideyası müzakirə olunub.

"Yaxın iki ildə qeyri-neft sektoruna investisiya yatırımının intensivləşəcəyi gözlənilir" - deyə Eskudero vurğulayıb.

Xəbər lenti

Xəbər lenti