...

Azerdemiryolbank-ın təminatsız adlı sənədsiz istiqrazlarının yerləşdirilməsi tarixi müəyyən olunub

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Avqust 2007 20:51 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend / Avqustun 7-dən etibarən BFB-də "Azədəmiryolbank" ASC-nın faizli təminatsız adlı sənədsiz istiqrazlarının yerləşdirilməsi başlanacaq. Bu barədə bazar ertəsi Bakı Fond Birjasının yaydığı məlumatda göstərilib.

Emissiyanın həcmi 5 manat, bir istiqrazın nominal dəyəri min AZN, istiqraz üzrə gəlirlilik 14%, tədavül müddəti isə 455 gün təşkil edir.

Emissiya prospektinə əsasən, yerləşdirmə kütləvi təklif üsulu ilə Bakı Fond Birjası vasitəsi ilə keçiriləcək. İstiqrazların yerləşdirilməsində anderrayter vəzifəsində "ADB Broker" MMC çıxış edəcək.

Xəbər lenti

Xəbər lenti