...

Naxçıvan MR ipoteka kreditləşməsinə hazırlaşır

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 Avqust 2007 18:48 (UTC +04:00)

Azərbaycan, Naxçıvan/ Trend , müxbir E.Məmmədov/ Avqust ayının axırlarından etibarən  Naxçıvan Muxtar Respublikasında  ipoteka kreditlərinin verilməsinə başlanacaq. Bu barədə Milli Bankın Naxçıvan Muxtar Respublikası İdarəsinin sədri Səbuhi Məmmədov məlumat verib.

Onun sözlərinə görə bu ayın axırlarından etibarən  muxtar respublikada  fəaliyyət göstərən müvəkkil kredit təşkilatları tərəfindən İpoteka Fondunun vəsaiti hesabına kreditlərin verilməsinə başlanacaq.

İpoteka kreditləşməsinə investorların cəlb edilməsi məqsədilə Milli Bankın idarə heyətinin 31 may 2007-ci tarixli qərarı ilə Azərbaycan İpoteka Fondunun Naxçıvan Muxtar Respublikası filialı yaradılıb.

İdarə sədri əlavə edib ki, Naxçıvan Muxtar Respublikasından indiyədək 29  vətəndaş ipoteka krediti ilə bağlı müraciət edib.

Xəbər lenti

Xəbər lenti