...

Maliyyə Nazirliyi sığorta şirkətinin lisenziyasını geri alıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Avqust 2007 13:11 (UTC +04:00)
Maliyyə Nazirliyi sığorta şirkətinin lisenziyasını geri alıb

Azərbaycan, Bakı / Trend , müxbir Ü.İsmayılova/ Azərbaycan Maliyyə Nazirliyi avqustun 23-də sığorta, təkrar sığorta və broker şirkəti olan "Cahan"ın lisenziyasını geri alıb. Bu barədə çərşənbə axşamı Azərbaycan Maliyyə Nazirliyinin Dövlət sığorta nəzarəti şöbəsinin müdiri Namiq Xəlilov məlumat verib.

"Əməkdaşlarımız şirkət nümayəndələrinin göstərdiyi ünvanda şirkətin ofisini tapa bilmədilər" - deyə o bildirib.

Xəlilovun sözlərinə görə, lisenziyanın geri çağırılmasına səbəb şirkətin ilin ilk yarısı üçün maliyyə hesabatlarını vaxtında təqdim edə bilməməsi olub.

"Cahan" şirkəti sığorta fəaliyyətinin göstərilməsinə dair lisenziyanı 2003-cü il avqustun 5-də alıb.

Xəbər lenti

Xəbər lenti