...

Azərbaycan və Qazaxıstan neft nəqli üzrə birgə müəssisənin yaradılmasına hazırlaşır- "KazMunayqaza"ın rəhbəri

Energetika Materials 5 Dekabr 2007 19:13 (UTC +04:00)
Azərbaycan və Qazaxıstan neft nəqli üzrə birgə müəssisənin yaradılmasına hazırlaşır- "KazMunayqaza"ın rəhbəri

Qazaxıstan, Astana / Trend , müxbir K.Konırova/ "KazMunayqaza"nın prezidenti Uzakbay Karabalinin verdiyi məlumata görə, "KazMunayqaz" (KMQ) və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tezliklə Qazaxıstanın Xəzər dənizində kəmərlər sisteminin inkişafı üzrə birgə müəssisə yaradacaq.

Əvvəllər ARDNŞ və KQM Qazaxıstanın Xəzər dənizində kəmərlər sisteminin inkişafı üzrə Memorandum imzalayıblar.

"Sistemə Xəzərin Qazaxıstan hissəssində terminalın tikintisi daxildir. Bu, böyük həcmli tankerlərin doldurulması üçün ilkin qurğudur, söhbət 60-63 min ton su basımına malik tarkerlərdən gedir. Azərbaycan tərəfindən neftin boşaldılması üzrə cavab terminalını və Qazaxıstan neftini "Bakı-Tbilisi-Ceyhan"a çatdıracaq əlavə kəmər gözləyirik" - deyə Karabalin bildirib.

KMQ-nin vitse-prezidenti Daniyar Berlibeyovun sözlərinə görə, Qafqaz bu gün KMQ üçün prioritet hesab olunur.

"Qazaxıstanın Xəzər dənizində kəmərlər sistemi ilə Bakıya çatdırılacaq Qazaxıstan nefti buradan iki istiqamətə yönəldiləcək; birincisi, BTC, ikincisi, Gürcüstanın Batumi limanı istiqamətində. Batumidən isə,

Qara dənizdəki Konstansa limanı vasitəsilə, bizim Rumıniyadakı NEZ-ə birbaşa olaraq çıxarılacaq" - deyə Berlibayev bildirib.

Berlibayevin sözlərinə görə, Qazaxıstan inteqrasiya marşrutu əldə edir ki, bu marşrut Qazaxıstanda başlayır və Avropada qurtarır. İlkin dövrlərdə Qazaxıstanın Xəzər dənizində kəmərlər sistemi vasitəsilə Bakıdakı limana 20 mln. tona yaxın Qazaxıstan nefti nəql etmək planlaşdırılır.

"Bu, Qazaxıstanın Kurık limanında lazımi obyektlərin yaradılmasından və bizim tankerlərin dedveytindən asılı olacaq. İndi bizim tankerlər 12 min tonluq tankerlərdir, lakin biz 60 min tonluq tarkerlər quraşdırmaq niyyətndəyik" - deyə Berlibayev əlavə edib.

Xəbər lenti

Xəbər lenti