Azərbaycan, Bakı, 23 may / Trend , müxbir A.Bədəlova/ Azərbaycanın AZERI LT CIF Augusta növlü neftinin mayın 22-də qiyməti 1 barel üçün 132,97 dollara çatıb. 1997-ci ildən yüngül neft hasil edən Azərbaycan Dövlət Neft Şirkətindən cümə günü verilən məlumata görə, cümə axşamı neftin qiyməti çərşənbə çərşənbə gününə nisbətdə 1 barrel üçün 1,36 dollar artıb.
Azeri Light neft növü Azərbaycanın "Azəri-Çıraq-Günəşli" yatağından çıxarılır. Neft digər növlərlə qarışdırılmadan Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə Türkiyənin Ceyhan limanına, Bakı-Supsa kəməri ilə Gürcüstanın Supsa və dəmir yolu ilə Batumi limanlarına çatdırılır.
ARDNŞ-dan bildiriblər ki, AZERI LT FOB Ceyhan-nın mayın 22-də qiyməti 1 barel üçün 130,49 dollar təşkil edib. Bu, əvvəlki qiymətdən 1,36 dollar çoxdur.
Azərbaycan həmçinin neftin URALS növünü Novorossiysk limanından satır. Buraya xammal Bakı-Novorossiysk boru kəməri ilə çatdırılır. Keyfiyyətli Azərbaycan nefti Rusiyanın boru kəmərləri şəbəkəsində digər növlərlə qarışdırılır və Novorossiysk limanında URAL adı ilə satılır. Bu növ spesifikasiyasına görə, Azərbaycan neftindən keyfiyyət və qiymətcə aşağıdır.
Mayın 22-də URALS neftinin qiyməti 1 barel üçün 122,96 dollar təşkil edib. Bu öncəki qiymətdən 1,84 dollar artıqdır.
Analoji vəziyyt Şimal dənizindən hasil edilən neftin Brent Dated etalon növünə də aiddir. Brent Dated neftinin mayın 22-də qiyməti 1 barel üçün 129,14 dollara çatıb. Bu əvvəlki qiymətdən 1,53 dollar çoxdur.