Azərbaycan, Bakı, 02 iyul / Trend / "Azərkimya" Dövlət Şirkəti Sumqayıtın "Etilen-Polietilen" zavodunun ehtiyaclarından ötrü piroliz sobaları üçün borular və reduktor üçün dişli təkərlər, SK-1200 hidrosərinləşdirici qurğunu sərinləşdirən avanadlığın alınması üçün iki açıq tender elan edib.
Tender iştirakçıları iddiaçı qismində iştirak barədə müraciət və digər sənədləri avqustun 6-7- dən gec olmamaq şərtilə, "Etilen-Polietilen" zavoduna təqdim etməlidirlər.
Birinci tender üzrə təkliflər avqustun 14 - dək qəbul olunacaq və avqustun 15 - də 11.00 - da "Etilen-Polietilen" zavodunda açıqlacaq.
İkinci tender üzrə təkliflər avqustun 13 - də qəbul olunacaq və avqustun 14 - də 11.00 - da "Etilen-Polietilen" zavodunda açılacaq.