Özbəkistan, Daşkənd, 11 iyul/ Trend , müxbir T.Jukov/ Özbəkistanın ən böyük Buxara neft emalı zavodu normal iş rejimində işləyir. Bu barədə Trend -a "Özbəkneftqaz" Holdinq şirkətiinin mətbuat xidmətindən məlumat verilib. Müəssisə iyulun 10 - da Kaqanda gecə baş verən partlayışlardan ziyan zəkməyib, lakin FHN tərəfindən NEZ-in təhlükəsizliyi üsün operativ tədbirlər görülüb.
Buxara NEZ-i Karaulbazar şəhərinin rayon mərkəzində, Kaqan şəhərinin 25 km - də yerləşir. Cümə axşamı burada yanğın baş verib, sonra isə vertolyot hissələri hərbi anbarında döyüş sursatları partlamağa başlayıb. Zavod Özbəkistanın benzin və dizel yanacağına olan tələbatının 80 faizini təmin edir. Zavodda milli aviaşirkət üçün aviayanacaq da istehsal olunur.
Buxara NEZ 1997 - ci ilin avqustunda işə salınıb. Zavod "açar altında" müqaviləsi üzrə "Technip" (Fransa) və "Marubeni-JGC" (Yaponiya) şirkətlərindən ibarət Konsorsium tərəfindən tikilib. Zavodun tikintisinə maliyyə vəsaitinin 100 mln. dolları Özbəkistan hökuməti, 300 mln. dolları isə Fransa, ABŞ və Yaponiyanın ixrac-kredit agentliklərinin hesabına təmin edilib. NEZ-in layihə gücü ildə 2,5 mln. ton neft məhsulu təşkil edir.
Rəsmi məlumatlara görə, Kaqanda partlayış nəticəsində üç nəfər həlak olub, 21 nəfər müxtəlif tipli ağır bədən xəsarətləri alıb. Partlayış o qədər güclü olub ki, ətrafdakı evlərdə, daha dorğrusu, yanğın yerindən 14 km aralıda yerləşən evlərin şüşələri partlayış dalğasından sınıb.
Buxara vilayəti üzrə FHN - dən telefonla Trend a verilən məlumata görə, yanan hərbi anbarda son dörd partlayış səsi yerli vaxtla təqribən 15.30 - da eşidilib. Hərbi anbar, onun yanında yerləşən hərbi hissənin mənzil və binaları dağılıb. Yerli dəmir yolu vağzalı və rayon xəstəxanasına ciddi ziyan dəyib.
Hazırda əhali hadisə yerindən köçürülür. Hakimiyyət dairələri qalan döyüş sursatının partlaya biləcəyini istisna etmirlər. Fövqəladə hadisə yerində hökumət komissiyası fəaliyyət göstərir. Komissiyanın tərkibinə Özbəkistanın hökumət rəhbərləri, Milli Təhlükəsizlik Xidməti, Baş Prokurorluq, Müdafiə Nazrilyi, FHN və DİN nümayəndələri daxildir.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]