...

Azərbaycanın Dövlət Neft Şirkəti perspektivli iri dəniz strukturunda ekoloji monitorinq aparıb

Energetika Materials 24 İyul 2008 15:46 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 iyul/ Trend Cap / Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) Ekologiya İdarəsi perspektivli dəniz strukturu "Ümid"də ilkin ekoloji vəziyyətin monitorinqini aparıb. Bu barədə ARDNŞ-nin cümə axşamı yayılan məlumatında bildirilir. Tədqiqatlar "MPK- 452" elmi-tədqiqat gəmisindən aparılıb.

Mövcud şərait nəzərə alınmaqla, bu akvatoriyada işlər suyun 55- 60 m dərinliyində 20 stansiyadan aparılıb.

Tədqiqatlar gələcəkdə bu yerdə yeni "Ümid- 1" platformasının quraşdırılması və kəşfiyyat quyusunun qazılması məqsədilə aparılıb. "Ümid- 1" dəniz platformasının istismarı, şəxsi vəsaitlər hesabına işlənilən yataqlarda qaz hasilatının artırılması proqramının reallaşdırılması çərçivəsində, ARDNŞ üçün zəruridir. Platformadan altı qaz quyusu qazmaq planlaşdırılır. Qazma işləri bu ilin sonunda başlayacaq.

Tikilib başa çatdırılmamış "Çıraq- 6" platformasının bazasında tikilən "Ümid- 1" platfroması proqram çərçivəsində ən iri obyektdir -hündürlüyü 72 m olacaq. Platforma "Bulla dəniz" dəniz yatağından 15 km məsafədə suyun 58 m dərinliyində yerləşdiriləcək.

"Ümid" dəniz strukturunda hasilatı nəzərdə tutulan mümkün qaz ehtiyatı 200-300 mlrd. kubmetr qiymətləndirilir.

Xəbər lenti

Xəbər lenti