...

Rusiya və OPEK: Qərb nədən qorxur?

Energetika Materials 3 Oktyabr 2008 16:55 (UTC +04:00)
Rusiya və OPEK: Qərb nədən qorxur?

Azərbaycan, Bakı, 03 oktyabr/ Trend , müxbir A.Bədəlova/ Rusiyanın OPEK ilə sıx əməkdaşlıq qurmaq niyyəti həm Qərbdə, həm də dünyanın iri neft idxalçısı ABŞ - da qorxu yaradıb. Moskvanın inandırıcı dəlillərinə baxmayaraq, sonuncular onun kartel ilə yaxınlaşma cəhdlərinə Gürcüstanla münaqişədən sonra Qərb ilə pozulan münasibələrin yaxşılaşdırılması aləti kimi baxır. Bundan əlavə, ABŞ və Qərb bu cür əməkdaşlıqda həm özlərinə, həm də bütün dünyaya böyük təhlükə görür.

Avropa bütün yollarla Rusiya Federasiyasından (RF) enerji asılılığını zəiflətməyin üsullarını tapmağa çalışır. Rusiyanın neftin ixrac qiymətləri və həcmi ilə bağlı ehtimal olunan manipulyasiysına dair fikirlər Köhnə Dünyada qorxu yaradır. "Wall Street Journal"ın yazdığına görə, Rusiya və OPEK-in, hətta üzvlükdən kənar formal əməkdaşlığı belə, qlobal neft bazarında suayrıcına çevriləcək.

Neft İxacatçıları Ölkələri Təşkilatı Rusiyanı öz sıralarına qatmaqda özləri üçün böyük fayda görürlər. "Moskva tərəfindən OPEK-ə daxil olmaqla bağlı heç bir rəsmi sorğu almasaq da, biz bunu çox istəyərdik", - deyə OPEK prezidenti və Əlcəzairin energetika naziri Şakib Xəlilin bəyanatında bildirilir. Kartelin Baş katibi Abdal Salem Əl-Bədrinin sözlərinə görə, Rusiyanın OPEK ilə yaxınlaşmasının neft istehlakçı ölkələrinə heç bir zərəri olmayacaq.

Rusiya müntəzəm olaraq OPEK-in iclaslarında iştirak edir, daha sıx əməkdaşlığa dair ilk təklifi isə, Rusiya sentyabrda keçirilən növbəti sessiyada edib. RF Baş nazirinin müavini İqor Seçin Rusiya ilə OPEK arasında enerji dialoqunun əsas prinsipləri üzrə memorandum layihəsini təşkilat rəhbərliyinə təqdim edib.

Moskva kartel ilə sıx münasibətlərin qurulmasına göstərdiyi cəhdi bütün iştirakçıların maraqları çərçivəsində, neftin dünya qiymətlərinin stabilləşdirilməsi istəyi ilə izah edir. "Biz stabillik istəyirik, biz istəyirik ki, neftin qiymətləri ədalətli olsun, bu, yeni yataqların inkişafı üçün lazım olan yüksək sərmayə xərclərini doğruldacaq", - deyə RİA "Novosti" RF - nin energetika naziri Sergey Şmatkoya istinadən xəbər verir.

OPEK-in Baş katibi ilə danışıqlar, əməkdaşlıq memorandumunun imzalanması bu aya planlaşdırılıb. RF -nin Enenrgetika Nazirilyi təşkilatın dekabr ayına nəzərdə tutulan və Rusiyanın müşahidəçi qismində iştirak edəcəyi növbəti sessiyasında açıqlanacaq təklifləri hazırlayır.

Rusiya kartel ilə sıx əməkdaşlıq qurmağa fəal şəkildə səy göstərsə də, təşkilatın üzvləri sırasına qoşulmağa tələsmir. Qərb analitiklərinin rəyinə görə, Rusiya, sadəcə olaraq, OPEK-in müəyyən etdiyi kvotaları qəbul etməyə hazır deyil. "Öz neft hasilatını stabil səviyyədə saxlamaq Rusiya üçün son dərəcə mühümdür, nəinki hasilatın azaldılması və ya çoxaldılması ilə bağlı məsələləri həll etmək", - deyə italiyalı analitik Bruno Leoni Karlo Staqnaro (Carlo Stagnaro) Trend -a bildrib.

Qərb ekspertlərinin fikrincə, Rusiya bu gün onun iqtisadi artamına mənfi təsir göstərən neft qiymətlərinin düşmə prosesini dayandırmağa səy göstərir. Çünki iqtisadi artım artan büdcənin maliyyələşdirilməsi və tikinti mərhələsində olan yeni boru kəmərlərinin doldurulması üçün zəruri olan neft hasilatı hesabına təmin olunur.

Qərb və Amerika analitikləri əmindirlər ki, Rusiya və OPEK-in əməkdaşlığı heç bir əhəmiyyət kəsb etməyən siyasi mahiyyət daşıyacaq.

"Kartelin Rusiya ilə əməkdaşlığı rəqabət mahiyyəti daşıya və gələcəkdə ölkəni kartelin opponentinə çevirə bilər", - deyə "Energy Security Analysis" (ESAI) şirkətinin amerikalı analitiki Endrü Rid (Andrew Reed) Trend -a bildirib.

Rusiya OPEK-ə daxil olmayan iri neft hasilatı ölkəsidir. BP-nin məlumatına görə, ölkədə təsdiq edilən neft ehtiyatları 2008 - ci il yanvarın 1-nə 79,4 mlrd. barel təşkil edir. 2007-ci ildə OPEK ölkələrində neft hasilatı sutkada 35,2 mln. barel təşkil edib. Ötən il Rusiyanın neft hasilatı 9,9 mln. barelə bərabər olub. 2007 - ci ildə OPEK-in təsdiq edilmiş xammal ehtiyatlarında Rusiyanın neft ehtiyatlarının xüsusi çəkisi səkkiz faiz təşkil edib, kartelin ümumi istehsalında RF -nin neft hasilatının xüsusi çəkisi 2,8 faiz təşkil edib.

Bu gün dünyanın neft hasilatının 42 faizi OPEK-in payına düşür. Rusiyanın bu təşkilata qoşulacağı təqdirdə, dünyanın neft hsilatında kartelin payı yarıdan çox ola bilər.

OPEK - neft hasil edən dövlətlər tərəfindən neft qiymətlərinin stabilləşdirliməsi üçün yaradılan bir təşkilatdır. Bu təşkilatın üzvləri iqtisadiyyatı daha çox neft ixracı gəlirlərindən asılı olan ölkələrdir. Əlcəzair, Anqola, Venesuela, İndoneziya, İran, İraq, Qətər, Küveyt, Liviya, Nigeriya, BƏƏ, Ekvador və Səudiyyə Ərəbistanı (Onun neft hasilatı həcmi bütün iştirakçı dövlətlərindəkindən çoxdur) OPEK-in tərkibinə daxildir.

Məqalə müəllifi ilə əlaqə ünvanı - s

Xəbər lenti

Xəbər lenti