...

OPEK neft hasilatını sutkada 2 milyon barel endirib

Energetika Materials 17 Dekabr 2008 13:05 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 dekabr/ Trend müxbir A.Bədəlova/ Neft ixracatçısı ölkələri təşkilatı bu gün Əlcəzairdə keçirilən iclasında hasilatın sutkada 2 mln. barel endirilməsi barədə qərar qəbul edib.

Qərar neft qiymətlərinin düşməsinin qarşısını almaq məqsədi ilə qəbul olunub. İclasda, OPEK üzvləri ilə yanaşı, Azərbaycan, Suriya, Oman və Rusiya kimi kartelə daxil olamayan neft istehsal edən ölkələr də iştirak edib.

Cari ilin iyul ayından neft qiymətləri bir barel üçün 100 dollardan çox düşüb və bu, OPEK-i hasilatı azaltmağa başlamağa vadar edib. Sentyabrın əvvəlindən OPEK ümumilikdə sutkalıq hasilatı 2 mln. barel azaldıb. Sonuncu dəfə kvotaların sutkada 1,5 mln.barel endirilməsi haqqında qərar oktyabrda Vyanada qəbul olunub.

OPEK rəhbəri Şakib Xəlil əvvəllər bildirib ki, neft qiymətlərinin düşməsi maliyyə böhranı şəraitində dünyanın yanacağa tələbatının azalması ilə bağlıdır. Onun sözlərinə görə, OPEK cari ilin sentyabr və oktyabrında hasilatın azaldılması barədə qərarlar qəbul etməsəydi, neftin qiymətləri bir barelə görə 10 dollaradək düşə bilərdi.

Əlcəzair, Anqola, Venesuela, İndoneziya, İran, İraq, Qətər, Küveyt, Liviya, Nigeriya, BƏƏ, Səudiyyə Ərəbistanı və Ekvador OPEK-in üvləridir. Dünyada neft istehsalının 40 faizi təşkilatın payına düşür.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti