...

Azərbaycanda Gaz De France Suez Fransa şirkətinin nümayəndəliyi qeydiyyata alınıb

Energetika Materials 5 Mart 2009 13:57 (UTC +04:00)

Azərbaycan, Bakı, 05 mart / Trend /

Azərbaycanda Gaz De France Suez şirkətinin nümayəndəliyi GDF Suez Exploration Caspian B.V. qeydiyyata alınıb. Şirkətin Azərbaycandakı nümayəndəsi Liebold Heyke olacaq.

Gaz De France Suez şirkəti Xəzərin Azərbaycan sektorunun şimalındakı "Yalama" perspektivli strukturunun kəşfiyyat, işlənmə və hasilat müqaviləsinin (15 faiz) iştirakçısıdır. Onunla birlikdə layihədə Rusiyanın "Lukoyl" və Azərbaycanın SOCAR şirkətləri iştirak edir. Lakin strukturda karbohidrogenlərin kommersiya ehtiyatı tapılmazsa, bu layihə bağlana bilər.

Gaz De France Suez hazırda Azərbaycan ərazisindəki digər kəşfiyyat layihəsində iştirak etməyi planlaşdırır. Şirkət perspektivli "Abşeron" blokunun kəşfiyyat, işlənmə və hasilat layihəsində digər fransız şirkətinin 60 faizlik payından bir hissə ala bilər.

Bu layihə üzrə müqavilə fevralın 27-də Bakıda imzalanıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti