...

Türkiyə Avropaya qaz tranzitinə böyük əhəmiyyət verir – Prezident Gül

Energetika Materials 8 May 2009 16:42 (UTC +04:00)
Türkiyə Avropaya qaz tranzitinə böyük əhəmiyyət verir – Prezident Gül

Çexiya, Praqa, 08 may / Trend , xüsusi müxbir M.Xulpaxova /

Türkiyə Xəzər hövzəsi və Yaxın Şərqdən öz ərazisi ilə Avropaya qaz nəqlinə imkan verən boru kəmərlərinin inşasına böyük əhəmiyyət verir. Bu barədə Praqada "Cənub dəhlizi"nə həsr olunmuş sammitdə çıxışı zamanı Türkiyə Prezidenti Abdulla Gül bildirib. Xəbəri Trend -ın xüsusi müxbiri verib. 

Prezidentin sözlərinə görə, Türkiyə Avropaya enerji tədarüklərinin təhlükəsizliyi ilə bağlı öhdəlikləri və məsuliyyəti yaxşı dərk edir.

"Rusiya və Azərbaycandan gələn boru kəmərləri bizim öz öhdəliklərimizi nə dərəcədə dərk etdiyimizə konkret sübutdur", - deyə Gül bildirib.

Gül bildirib ki, Avropa İttifaqına üzv olmağa can atan Türkiyə, əsasını enerji mənbələrinin şaxələndirilməsi yolu ilə şəxsi milli təhlükəsizliyinin möhkəmləndirilməsi təşkil edən enerji siyasəti aparır.
"Mən belə bir qənaətdəyəm ki, mövcud enerji layihələri qarşılıqlı etibara əsaslanan məhsuldar əməkdaşlıq prosesinə çevrilməlidir", - deyə Gül bildirib.

Onun sözlərinə görə, Türkiyə "Cənub qaz dəhlizi" və onun daha mühüm komponenti olan və Gülün bildiridiyi kimi, starteji planda mövcud boru kəmərlərindən də daha əhəmiyyətli olan "Nabukko" layihəsi ilə bağlı yüksək dərəcəli məsuliyyət hiss edir.

"Biz həqiqətən ümid edirik ki, "Nabukko" layihəsinin reallaşdırılması digər layihələrə də impuls verəcək ki, Azərbaycan, Türkmənistan, İraq, Misir və İran uyğun beynəlxalq siyasi şərait yaranacağı zaman Xəzər və Yaxın Şərq regionlarında mövcud olan digər əsas qaz istehsal edən ölkələr ilə Avropanın enerji təhlükəsizliyinin artırılmasına yardım edəcək", - deyə Gül bildirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti