...

Azərbaycan Prezidenti ABŞ-ın Avrasiyanın energetika məsələləri üzrə xüsusi diplomatik nümayəndəsini qəbul edib

Energetika Materials 1 İyun 2009 18:23 (UTC +04:00)

Azərbaycan, Bakı, 01 iyun / Trend /

Azərbaycan Prezidenti İlham Əliyev ABŞ-ın Avrasiyanın energetika məsələləri üzrə xüsusi diplomatik nümayəndəsi Riçard Morninqstarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Morninqstar ümummilli lider Heydər Əliyev ilə görüşünü xatırladaraq bildirib ki, onun səfəri regional vacib dünya layihəsi sayılan Bakı-Tbilisi-Ceyhan neft kəmərinin salınmasının başlanmasına həsr olunub.

Sonra Morninqstar ABŞ Prezidenti Barak Obamanın məktubunu dövlətimizin başçısı İlham Əliyevə təqdim edib. Bakı-Tbilisi-Ceyhan neft kəmərinin salınmasının böyük nailiyyət olduğunu bildirən Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycanın təşəbbüskarı və iştirakçısı olduğu digər energetik layihələr beynəlxalq energetik əməkdaşlığın genişləndirilməsinə töhfəsini verir.

Prezident gələcəkdə də tərəflərlə birgə işlərin davam edəcəyinə əminliyini bildirib.

Xəbər lenti

Xəbər lenti