...

Şəmkir SES-in kaskadı elektrik enerjisi istehsalını artırıb

Energetika Materials 17 Sentyabr 2009 14:05 (UTC +04:00)
Yanvar-avqust aylarında Şəmkir SES-in kaskadı 872,8 milyon kilovatt saatdan çox elektrik enerjisi hasil edib ki, bu da proqnozlaşdırılandan 57,8 milyon kilovatt saat çoxdur, bu barədə "Azərenerji" SC-nin məlumatında deyilir.

Azərbaycan, Bakı, 17 sentyabr / Trend /

Yanvar-avqust aylarında Şəmkir SES-in kaskadı 872,8 milyon kilovatt saatdan çox elektrik enerjisi hasil edib ki, bu da proqnozlaşdırılandan 57,8 milyon kilovatt saat çoxdur, bu barədə "Azərenerji" SC-nin məlumatında deyilir.

Şəmkir SES-in kaskadına Şəmkir və Yenikənd su elektrik stansiyaları daxildir. Bu su elektrik stansiyaları Azərbaycanın elektrik enerjisi ilə təmin edilməsində əhəmiyyətli rol oynayır.

Şəmkir SES-də səkkiz ay ərzində proqnozlaşdırılan 598 milyon kilovatt saata nisbətdə 630,2 milyon kilovatt saat elektrik enerjisi istehsal edib. Yenikənd SES-də bu dövr ərzində 217 milyon kilovatt saat proqnozuna nisbətdə təxminən 242,6 milyon kilovatt saat elektrik enerjisi istehsal edilib.

Şəmkir SES kaskadında avqustda 114,7 milyon kilovatt saat elektrik enerjisi hasil edilib. Bu həcmin 84,4 milyon kilovat saatı Şəmkir SES-in, 30,3 milyon kilovat saatı isə Yenikənd SES-nın payına düşüb.

Xəbər lenti

Xəbər lenti