Azərbaycan, Bakı, 03 fevral / Trend /
Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) və RiskMetrics Solutions Inc. şirkəti müqavilə imzalayıb. Müqaviləyə əsasən, RiskMetrics Solutions İnc. şirkəti risklərin ölçülməsi sistemi üçün proqram təminatı üzrə ARDNF-ə xidmət göstərəcək. Bu barədə Fondun rəsmi saytında yerləşdirilmiş məlumatda deyilir.
Məlumatda deyildiyi kimi, dəyəri 160 min ABŞ dolları təşkil edən bu müqavilə 5 illik müddətə bağlanılıb.
Sistemin həyata keçirilməsinin 6 ay ərzində başa çatdırılması nəzərdə tutulur.
RiskMetrics Solutions İnc. maliyyə təşkilatlarına risklərin ölçülməsi, korporativ idarəetmə və maliyyə təhlili sahəsində xidmət göstərən beynəlxalq nüfuzlu şirkətdir.